Nida.az
Mirzə Sakitlə cəbhəçilər arasında qarşıdurma: “Bunu yalnız vicdansızlar deyə bilər”
“Azadlıq” qəzetinin keçmiş yazarı, hazırda Avropada yaşayan satirik şair Mirzə Sakitlə cəbhəçilər arasında qarşıdurma yaranıb.
Publika.az xəbər verir ki, qəzetin Avropada
yaşayan yazarı Fikrət Hüseynli M. Sakitə qarşı sərt ittihamlar
irəli sürərək onu xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə
günahlandırıb.
“Mirzə" ləqəbli Sakit Zahidovu Azərbaycanın xüsusi xidmət orqanları
danışdırdığı dəqiqdir. Çünki bu adam 1992-93-cü illərdə mənim bir
dəfə İsgəndər Həmidova salam verdiyimdən xəbərdardır. Mirzənin bunu
bilməsi mümkünsüzdür. Zamanında İsgəndər Həmidovla münasibətim
olmağını ancaq xüsusi xidmət orqanları yadlarında saxlaya bilər.
Mirzə danışdıqca batır. Bu adam Azərbaycanda üz qoymamışdı. Salam
verən yox idi. Avropaya gəldi, adam bildik, qapımızı açdıq, süfrədə
əyləşdirdik. Ancaq artıq buraları da murdarladı. Bu gedişlə o
öləndə kəfənin ucundan tutub quyuya tullayanı da olmayacaq”, - deyə
F. Hüseynli ittihamlarında qeyd edib.
M. Sakit isə Publika.az-a açıqlamasında onu
ittiham edənləri vicdansız adlandırıb: “Belə məsələlərə əhəmiyyət
verməyin. Mən də qətiyyən əhəmiyyət vermirəm. Mənim xüsusi xidmət
orqanlarına işləməyimi söyləyənlər ancaq öz vicdanını itirmiş
adamlar olarlar”.
M. Sakit cəbhəçiləri demokratiyanı imitasiya etməkdə ittiham
edib.
“Bəziləri özlərini demokrat göstərib Leyla Yunusun şəkilini profilə
qoyurlar. Bir zamanlar Natiq Ədilov da Çe Geveranın şəkilini
profilinə qoymuşdu. Sonra da gedib İran şarlatanlarına mədhiyyə
oxudu. Belə şeylərlə demokrat olmurlar”, - deyə o bildirib.
M. Sakit məsələ ilə bağlı geniş açıqlama verdiyi üçün üzərində çox
dayanmaq istəmədiyini də qeyd edib.
Qeyd edək ki, bu qalmaqaldan sonra “facebook” sosial şəbəkəsində
cəbhəçilər tərəfindən M. Sakitə qarşı kampaniya başlayıb.
Asif Nərimanlı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"