AKP-çi deputat: “Türk dünyası 31 mart soyqırımını unutmamalıdır” – FOTO
Bizi izləyin

Nida.az

AKP-çi deputat: “Türk dünyası 31 mart soyqırımını unutmamalıdır” – FOTO

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Səhiyyə, Ailə, Əmək və Sosial İşlər Komissiyasının AKP-dən olan sədri, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Necdət Ünüvar 31 mart 1918-ci il Azərbaycanlıların soyqırımı günü ilə bağlı bəyanat verib.

TBMM-dən Publika.az-a daxil olan bəyanatda deyilir ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədilə 31 mart günü Azərbaycanlıların soyqırımı günü olaraq elan edib:

“Azərbaycan xalqı tarixində dəfələrlə soyqırıma məruz qalmasına və bunları göstərən minlərlə sənəd və fotoşəkillər olmasına baxmayaraq bir çox ölkə bu soyqırımlara səssiz qalıb. 31 mart gününü hər bir azərbaycanlı, o cümlədən bütün türk dünyası unutmamalıdır. Bu tarix, 1918-ci ildə ermənilərin Azərbaycanda minlərlə qardaşımızın mərhəmətsizcə qətl edildiyi illəri ifadə edən unudulmaması gərəkən bir gündür”.

N.Ünüvar bildirib ki, ermənilər hər il 24 apreldə qondarma “soyqırım” iddiasıyla bütün dünyada tərəfdar toplamağa çalışırlar: “Öz tarixlərində azərbaycanlı qardaşlarımıza qarşı törətdikləri sistematik qırğınları gizləməyə çalışırlar. Amma tarix bu qanlı günləri unutmayacaq. Şəhid olan Azərbaycanlı qardaşlarımı hörmətlə yad edir, Allahdan rəhmət diləyirəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm