Nida.az
Aydın Əliyev Xızıda vətəndaşları qəbul edib - FOTO
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə
vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı
müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün
müvafiq tədbirlər görürlər.
Martın 30-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti
general-leytenantı Aydın Əliyev Xızıdakı Heydər Əliyev Mərkəzində
bu rayondan, eləcə də Sumqayıt şəhəri, Qobustan, Abşeron, Siyəzən
və Xaçmazdan olan vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid
məntəqələrinin vəziyyəti, malların idxal-ixracı və bununla əlaqədar
sənədləşmə qaydaları ilə bağlı olub.
Səyyar qəbul zamanı DGK-nın sədri hər bir vətəndaşın müraciətini
diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun
həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını
verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi
yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid olmayan
məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq
üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar