“Natiq Ədilov Fransada yaşamaq üçün satqınlıq edirdi”
Bizi izləyin

Nida.az

“Natiq Ədilov Fransada yaşamaq üçün satqınlıq edirdi”

“Əli Kərimli və onun dəstəsinin üzvləri hər zaman Azərbaycan dövlətinin milli maraqlarına zərbə vurublar. Bu adamların bu gün Fransada yüksək şəraitdə yaşamasının təmin olunmasını da təbii qarşılamalıyıq”.


Bunu Publika.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun Fransaya köçməsinə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, bu gündən məşhur video sahibi olan Natiq Ədilov da Fransada yaşayacaq: “Bütün günü gənclərin başını xarab edib “bu yaxınlarda hakimiyyətə Əli Kərimli gəlir və hər birinizə vəzifə verəcəyik” deyən adamın səsi Fransadan gəlir. Budur bunların riyakarlığı. Əli Kərimli hakimiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?! Həmişə demişəm, bu adamlar yalançı və saxtakardırlar. Yalnız öz maraqlarına xidmət edirlər. 5-10 gənci aldadıb öz siyasətlərinin qurbanına çevirənlərin iç üzləri açılmaqdadır. Bu adamlar saxta müxalifətçilik edib, özlərinin həyat şəraitini dəyişdirirlər. Özləri də yaxşı bilirdilər ki, bunların hakimiyyətə gəlmələri xam xəyaldır. Natiq kimi adamlar sübut edir ki, Əli Kərimlinin yanında olmağın 3 faydası var: Birincisi, yaxşı qiymətə satılmaq. İkincisi, xaricə informasiya verib (əvvəllər buna “işverənlik” deyirdilər) və oradan gələn sifarişləri yerinə yetirib dolanmaq. Üçüncüsü, xaricdə yaxşı yaşamağın yolu”.


BAXCP rəsmisi qeyd edib ki, Ə. Kərimlinin təsirinə düşən gənclər başa düşməlidilər ki, bu adamlar ancaq öz həyat şəraitini yaxşılaşdırmaq üçün “radikal müxalifət” libası geyinirlər.


“Əli Kərimli öz həmyerlilərini, qohumlarını, ən yaxın adamlarını - Qənimət Zahidi, Aqil Xəlili, əmisi uşaqlarını, Natiq və s. şəxsləri Fransada yaşamasını təşkil edir. Maraqlıdır, niyə bunlar Fransada gedirlər? Hər kəs bilir ki Azərbaycanın düşməni olan Ermənistanın Fransada çox güclü lobbisi var. Fransa dövləti də hər zaman Ermənistana açıq dəstək verməkdən çəkinməyib. Əli Kərimli və onun dəstəsinin üzvləri hər zaman Azərbaycan dövlətinin milli maraqlarına zərbə vurublar. Bu adamların da bu gün Fransada yüksək şəraitdə yaşamasını təmin olunmasını təbii qarşılamalıyıq. Bu, Əli Kərimlinin əsl simasını göstərən faktlardan biridir”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm