Arif Hacılının İsa Qəmbərdən plagiat etdiyi üzə çıxdı - FOTOLAR
Bizi izləyin

Nida.az

Arif Hacılının İsa Qəmbərdən plagiat etdiyi üzə çıxdı - FOTOLAR

Müsavat Partiyasının başqanı Arif Hacılının 31 Mart- Azərbaycanlıların Soyqırımı günü ilə bağlı xalqa etdiyi müraciət plagiatdır.


Publika.az xəbər verir ki, bu iddia ilə Arif Hacılının əleyhdarları, ADR tərəfdarları olan müsavatçılar sosial şəbəkədə çıxış edib.


Sosial şəbəkədə Arif Hacılının yaydığı müraciətin keçmiş başqan İsa Qəmbərin 2013-cü ildə yaydığı müraciətlə eyni olduğunu əks etdirən fotolar da yayılıb.


Hər iki müraciətin mətni eynidir, dəyişən sadəcə başqanların adlarıdır. Arif Hacılının müraciətində yeganə fərq İsa Qəmbərin müraciətinin sonunda qeyd olunan “Tanrı Azərbaycanımızı qorusun!” ifadəsinin çıxarılmasıdır.


Məsələ ilə bağlı Publika.az-a danışan Müsavat Partiyası Təşkilat Şöbəsinin müdiri Razim Əmiraslanov burda təəccüblü heç nəyin olmadığını deyib.


“Burda qeyri-adi heç nə yoxdur. Bu, bir protokol qaydasıdır”, - deyə şöbə müdiri vurğulayıb.


Lakin Arif Hacılının əleyhdarları belə düşünmür. Sosial şəbəkələrdə açılan müzakirələrdə Müsavat başqanı plagiatçılıqda ittiham olunur. Hətta buna “Geydirmə” başqanın “geydirmə” müraciəti” deyə şərh verənlər də olub.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm