Ceyhun Osmanlı Xədicə İsmayılın səs yazısını prokurorluğa təqdim edib
Bizi izləyin

Nida.az

Ceyhun Osmanlı Xədicə İsmayılın səs yazısını prokurorluğa təqdim edib

Eynulla Fətullayevin jurnalist Xədicə İsmayıla aid olduğunu dediyi və yaydığı “casus siyahısı” ilə bağlı daha maraqlı məqam ortaya çıxıb.

Eynulla Fətullayevin jurnalist Xədicə İsmayıla aid olduğunu dediyi və yaydığı “casus siyahısı” ilə bağlı daha maraqlı məqam ortaya çıxıb.

Publika.az-ın məlumatına görə, Xədicə İsmayılın ABŞ agentləri kimi təqdim edilən iki diplomatla - ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin tədqiqatçıları Con Zadrozni və Daniel Vajdiçlə Bakıdakı Art Garden restoranında söhbətlərini gizli olaraq telefonunun yaddaşına millət vəkili Ceyhun Osmanlı yazıbmış.

Ceyhun Osmanlı bu barədə bir neçə dəqiqə öncə özünün Feysbuk statusunda yazıb. Millət vəkili bildirir ki, artıq səs yazısını Baş Prokurorluğa təqdim edib:

“Mən Brüsseldə olanda Xədicə İsmayıl növbəti dəfə adımı öz Feysbuk səhifəsində yad etdi. Xədicə İsmayılın Art Garden restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audio yazısını bu gün Baş Prokurorluğa təqdim etdim. Xədicə xanımın yüksək səslə danışdığını hər kəs bilsin deyə. Uğurlar. P.S. Vətənə xəyanət bağışlanmır!!!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm