Otto Hauzera: “Almaniya Azərbaycana siyasi dəstək verməlidir”
Bizi izləyin

Nida.az

Otto Hauzera: “Almaniya Azərbaycana siyasi dəstək verməlidir”

Almaniyanın “Top Magazin” diplomatik jurnalında son illər Azərbaycan və Almaniya Federativ Respublikası arasında münasibətlərin inkişafına həsr olunmuş məqalə dərc olunub.


Publika.az xəbər verir ki, iki ölkə arasındakı iqtisadi əlaqələrin dinamik inkişaf etdiyi qeyd olunan məqalədə alman şirkətlərinin aktiv şəkildə Azərbaycana investisiya qoyduğu və onlar üçün yaxşı şəraitin yaradıldığı deyilir.


“İkitərəfli münasibətlərdə pozitiv dinamikaya baxmayaraq, Almaniya Azərbaycanla bağlı siyasətində daha aktiv olmalıdır. Nəzərə almalıyıq ki, Azərbaycan Almaniya neftinin təchizatında altıncı yerdə qərarlaşır. AFR-in energetika müstəqilliyinə verilən bu mühüm töhfəni biz sadəcə “təşəkkürlə” məhdudlaşdırmamalıyıq. Azərbaycana siyasi dəstək vermək lazımdır”, - deyə məqalənin müəllifi Otto Hauzera bildirir.


Müəllifin fikrincə, Almaniya və Avropa Birliyi Ermənistanın qanunsuz şəkildə işğal etdiyi Dağlıq Qarabağ münaqişəsi ilə yüksək səviyyədə məşğul olması vacib amildir: “2020-ci ildən başlayaraq 20 milyard kubmetr Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya gətiriləcək. Bu boru kəməri regionun yanından keçəcək və Berlinin Azərbaycana dəstək verməsi üçün aydın siqnaldır”.


O. Hauzera hesab edir ki, ikitərəfli münasibətlərdə təhsil də önəmli rol oynayır. Onun fikrincə, bu sfera üzrə əməkdaşlıq da gücləndirilməlidir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm