“Yanlış təbliğatın qurbanı oldu” – İŞİD-ə qoşulan daha bir azərbaycanlı həbs edildi
Bizi izləyin

Nida.az

“Yanlış təbliğatın qurbanı oldu” – İŞİD-ə qoşulan daha bir azərbaycanlı həbs edildi

Suriyada döyüşməkdə təqsirləndirilən daha bir Azərbaycan vətəndaşı həbs olunub.


Publika.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından APA-ya məlumat daxil olub.


Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində 1989-cu il təvəllüdlü Bakı sakini Bəkirov Telman Əvəz oğlunun İŞİD terror qruplaşması tərkibində Suriya və İraqdakı döyüşlərdə iştirak etdiyi müəyyən olunub.


Sələfi icmasının adını açıqlamayan üzvlərindən biri Publika.az-a bildirib ki, Telman Bəkirov əvvəl əhli-sünnə namazı qılırmış. Sonradan radikallığı ilə seçilənlərin toplaşdığı “Ləzgi” məscidinə üz tutub.


“Daha sonra o, namaz qılmayan hər kəsi kafir gözündə görürdü. Gənc idi, elmi də az idi. Ona görə də məsləhətlərə qulaq asmadı və yanlış təbliğatın qurbanı oldu. Onun İŞİD-ə qoşulduğu haqda məlumatı təsdiqləyə bilmərik. Çünki uzun müddət idi ki, radikallıq yolunu tutmuşdu. Bizimlə əlaqəsi kəsilmişdi. Görünür, daha da irəli gedib”, - deyə sələfi icmasının adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.


Məlumatlara görə, həbs olunan şəxslə bağlı araşdırmalar davam edir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm