Vurğun Əyyub Məclisdən çıxarılacaq
Bizi izləyin

Nida.az

Vurğun Əyyub Məclisdən çıxarılacaq

“Nizamnamə bütün partiya üzvlərinə şamil olunur, o cümlədən Vurğun Əyyuba. Məclisin legitimliyini tanımayan bir şəxsin onun üzvü olması məntiqsizdir”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı deyib.


Onun sözlərinə görə, aprelin 4-də keçiriləcək Məclisin toplantısından sonra Vurğun Əyyubun çıxarılması gündəmə gələcək: “Vurğun Əyyub özünü Müsavat Məclisinin üzvü olmadığını bəyan edir, həmçinin iclaslarda iştirak etmir. Onun yerinə hansısa digər partiya üzvü burda təmsil oluna və partiyanın işinə yaxından töhfə verə bilər. Bu şəxs nəyə görə legitimliyini tanımadığı və orda iştirak etmədiyi Məclisdə saxlanılmalıdır?”


N. Sadıqlı Məclisin toplantısında deputatlığa namizədlərlə bağlı siyahının müzakirə edilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, seçkilərə çox qalıb və bu məsələnin gündəmə gətirilməsinə vaxt var.


N. Sadıqlı hazırda Məclisin işində iştirak etməyən üzvlərlə bağlı məsələnin gündəmdə olduğunu bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm