NATO seminarında gərginlik: deputatımıza söz vermək istəmədilər
Bizi izləyin

Nida.az

NATO seminarında gərginlik: deputatımıza söz vermək istəmədilər

NATO Parlament Assambleyasının 31 mart - 2 aprel tarixində Belqradda keçirilən 88-ci Rouz-Rout seminarında gərginlik yaşanıb.

Trend-in məlumatına görə, seminarın sonuncu - 7-ci sessiyasında “Belqradla Priştina arasında Brüssel dialoqu: irəliyə doğru” mövzusunda müzakirələr və çıxışlar zamanı Kosovo məsələsi ilə bağlı ciddi arqumentlər ortaya qoyulub.

Almaniyalı deputat, NATO PA-nın NATO tərəfdaşları alt komitəsinin sədri Karl Lamersin sədrlik etdiyi iclasda Serbiya nümayəndə heyətinin rəhbəri Kosovo məsələsi ilə bağlı zalda əyləşənlərə sual verərək ciddi müzakirələrə yol açıb və digər münaqişələr sırasında Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Çıxış üçün müraciət edən Azərbaycan Milli Məclisinin deputatı Rauf Əliyev söz istəyərək Azərbaycan sözü yazılan kuverti qaldırıb. Lakin K.Lamers ona söz vermək istəməyib. Bu zaman R.Əliyev podiuma yaxınlaşıb, K.Lamersə ciddi şəkildə etirazını bildirib və uzun məsafə qət edərək seminara gəldiyini və çıxış etmək üçün söz verilmədiyinin səbəbini soruşub.

Daha sonra R.Əliyev Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq Azərbaycan ərazilərini işğal etməsini, Ermənistanın işğalçı dövlət olmasını və 1993-cü ildə BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməsinə məhəl qoymamasını, işğalın davam etməsini toplantı iştirakçılarının nəzərinə çatdırıb.

K.Lamers R.Əliyevə carı ilin iyununda Ermənistanda keçiriləcək Rouz-Rout seminarında bu cür münaqişələrin geniş müzakirə olunacağına söz verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm