Bakıdan başlayan yeni ittifaq Avropanın orbitini dəyişəcək
Bizi izləyin

Nida.az

Bakıdan başlayan yeni ittifaq Avropanın orbitini dəyişəcək

Avropa Birliyi gücdən düşür və bu zəiflik təkcə mərkəzi Avropada deyil, eyni zamanda Balkanlarda və Cənubi Avropada da hiss olunur. “Köhnə Qitə”də baş verənlər, yaşanan böhranlar yeganə mümkün nəticəyə gəlmək üçün əsas yaradır: Adriatik və Balkan coğrafiyası Avropa Birliyində qala bilmir.

Publika.az xəbər verir ki, Türkiyənin “Akşam” qəzeti Bakıdan Balkanlara qədər ərazidə yarana biləcək yeni ittifaq ehtimalını dəyərləndirib.

Qəzet yazır ki, Balkanlar daha çox Almaniyanın təsiri altındadır. Lakin indi vəziyyət dəyişir. Əlbəttə, bu, Avropa Birliyinin dağılması deyil. Sadəcə olaraq, orbit dəyişir və Avropa Birliyinin mərkəzi Almaniya olmayacaq. Bu isə yeni ittifaqın perspektivini açır.

Yeni ittifaq Balkanlar, Adriatik ölkələri, Türkiyə, Ukrayna, Gürcüstan və Azərbaycanı əhatə edə bilər.

TAP TANAP-ın davamı olaraq reallaşdırılacaq. Cənubi Qaz Dəhlizi Qafqazla Adriatiki bir-birin bağlayır. Bakının nəqliyyat marşrutu olan Bakı-Tiflis-Qars bu ittifaqı birləşdirəcək bağ olacaq. Bu layihə Türkiyənin “Marmara” layihəsi sayəsində Çinin dəmiryolu şəbəkəsini Avropaya bağlayacaq və bu, “Yeni İpək Yolu”nun özüdür.

Hazırda Türkiyə parlament seçkilərinə hazırlaşır. Belə bir məqamda yeni oyunlar oynanılır. Lakin Türkiyə hələ də öz iqtisadi gücünü qoruyub saxlaya bilir.

Ehtimal olunan yeni ittifaq fonunda Türkiyə prezidentinin güclü və özünəməxsus prezident sistemi haqda bu qədər israrla dayanmasının səbəbi bəllidir. Avropanın orbitini dəyişdirəcək ittifaqın ilkin təməlləri atılır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm