Moskva pulu kəsdi, İrəvanın ağır günləri başladı
Bizi izləyin

Nida.az

Moskva pulu kəsdi, İrəvanın ağır günləri başladı

Rusiya rublunun devalvasiyasi Ermənistan üçün “soyuq duş” effekti yaradıb. Bu ölkənin sakinlərinə Rusiyada işləyən qohumları tərəfindən göndərilən pulun həcmi kəskin şəkildə azalıb. Digər tərəfdən, Rusiya bazarında işləyən Ermənistana məxsus kiçik və orta müəssisələr müflis olmaq həddindədir.

Publika.az xəbər verir ki, “Azadlıq” radiosunun Fransadan yayımlanan Rusiya xidməti bu haqda araşdırma aparıb.

Ermənistanda işə götürənlər ittifaqının sədri Qaqik Makaryanın sözlərinə görə, bir çox müəssisə Rusiyaya malı göndərməni dayandırıb: “Onlar zərərə işləmək istəmirlər. Konserv istehsal edən müəssisələrin əksəriyyəti bağlanıb. Bəziləri hadisələrin gedişatını öncədən görərək ötən ilin sentyabr-oktyabrında ixracı dayandırdı”.

Məqalədə qeyd olunur ki, 2013-cü ilin sentyabrında Ermənistan Avropa Birliyinə üz döndərərək Rusiyanın Gömrük Şurasına daxil olanda hakimiyyət vətəndaşlarını Rusiya bazarlarının onlar üçün açıq olacağına inandırırdı. Lakin ötən ildən başlayaraq bunun əksi müşahidə olunur. Ermənistandan Rusiyaya ixraclar artmadı, əksinə, əhəmiyyətli dərəcədə azaldı. Xüsusilə Ermənistandan Rusiyaya göndərilən ənənəvi mallar - tərəvəzlər, şərab, konyak, konservlərin ixracı kəskin şəkildə azalıb.

Ermənistan haqda verilən proqnozlar da təsəlliverici deyil. Belə ki, 2015-ci ildən Avrasiya İttifaqına daxil olan Ermənistan Rusiya iqtisadiyyatının zəifləməsini öz iqtisadi həyatında ciddi şəkildə hiss edəcək. Hökumətsə yalan vədlər verməklə məşğuldur. Eyni zamanda, Rusiya rəsmiləri də nəticə çıxarmaq üçün tələsməməyi tövsiyə edir.


Ermənistanın Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan Avrasiya İttifaqına üzv olmağın heç bir xeyir gətirmədiyini deyib. Onun sözlərinə görə, Rusiya yolunu seçən Ermənistan üçün iqtisadi çöküşün daha kəskin mərhələləri qarşıdadır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm