Xüsusi təyinatlıları snayperlə vurulur? - Rəsmi iddia
Bizi izləyin

Nida.az

Xüsusi təyinatlıları snayperlə vurulur? - Rəsmi iddia

“İndiyə kimi 20-dən çox qanun keşikçisi yaralanıb, 10-u isə ölüb. Hərbi qulluqçular və “Berkut” xüsusi təyanatlılar konservatoriyanın binasından odlu silahla vurulur”, - xəbərdə deyilir.

“Maydanda olan hərbi qulluqçular və “Berkut” xüsusi təyinatlılara snayperlərdən atəş açılır”.Publika.Az –ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

“İndiyə kimi 20-dən çox qanun keşikçisi yaralanıb, 10-u isə ölüb. Hərbi qulluqçular və “Berkut” xüsusi təyanatlılar konservatoriyanın binasından odlu silahla vurulur”, - xəbərdə deyilir.

Qeyd edək ki, sözügedən iddialar bundan əvvəl də səsləndirilib. Keçən ay Kiyevin Qruşevski küçəsində toqquşmalar zamanı ölən nümayişçilərdən birinin NATO snayperinin qurbanı olması ilə bağlı ehtimal səsləndirilmişdi.

"Nümayişçilərdən biri snayper tərəfindən öldürülmüş ola bilər. Söhbət NATO ölkələrindən birinin peşəkar muzdlusundan gedir. Hansı ki, o müxalifətin radikal qanadının sifarişi ilə gətirilə bilər. Bu gün Ukraynanın bütün vətəndaşları əmin oldular ki, qanun keçikçiləri və dinc vətəndaşlara hücum edən siyasi ekstremistlər və terrorçular bütün Ukrayna cəmiyyətini hədələyir”, - Ukrayna Regionlar Partiyasından olan deputatı Yevgeni Balitski vurğulamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm