Nida.az
“Gülən camaatının fəaliyyətinə mən şərait yaratmışam” - AÇIQLAMA
“Fətullah Gülən camaatının Azərbaycanda fəaliyyətə başlamasında
əsas rolu mən oynamışam”.
Bu barədə keçmiş dövlət müşaviri Qabil Hüseynli Publika.Az –a açıqlamasında deyib. Q. Hüseynli
bildirib ki, o zaman dövlət müşaviri olarkən bu işlərlə birbaşa
məşğul olan şəxs kimi Gülən camaatının Azərbaycanda fəaliyyətə
başlamasını dövlət başçısı qarşısında qaldırıb: “Qafqaz
Universitetinin qeydiyyatdan keçməsində böyük xidmətlərim olub.
Şəxsən bu məsələni ölkə rəhbəri qarşısında qaldırıb müsbət həllinə
nail olmuşam. Bakıda yerləşən 4 liseylərinin bina ilə təsis
edilməsində, onların problemlərinin həllində böyük rol oynamışam.
Amma o zaman nurçuluqla o qədər də tanış deyildim”.
Sabiq müşavir qeyd edib ki, o, “Çağ Öyrətim” şirkətinin
fəaliyyətini araşdıraraq müəyyən məlumatlar toplayıb və müsbət iş
olduğuna qərar verib.“Məlum oldu ki, bura daxil olan məktəblər
Amerika modern təhsil sistemini mənimsəyiblər və bunu Azərbaycanda
tətbiq edə bilərlər. Proqramları ilə tanış olduqdan sonra onların
Azərbaycana buraxılmasına, binalarla təchiz edilməsinə müəyyən
şərait yaratdıq. Sonra da bunların fəaliyyəti özünü doğrultdu, indi
də doğrultmaqdadır”-deyə Q. Hüseynli bildirib.
Asif
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!