“Le Figaro”: “Cənubi Qafqaz Rusiyaya statusunu qaytarmaq üçün lazımdır”
Bizi izləyin

Nida.az

“Le Figaro”: “Cənubi Qafqaz Rusiyaya statusunu qaytarmaq üçün lazımdır”

“Vladimir Putin bütün vasitələrlə Rusiyaya böyük dövlət statusunu qaytarmağa çalışır”.


Publika.az xəbər verir ki, Fransanın “Le Figaro” nəşri post-sovet məkanında siyasi prosesləri araşdırıb.


Nəşr yazır ki, Rusiya liderləri ölkəyə SSRİ-nin hərbi gücünü qaytarmaq və keçmiş imperiyanın parıltısını bərpa etməyi arzu edir. Bunun üçün bir sıra əhəmiyyətli məsələlər var. Onların sırasında Cənubi Qafqaz əsas yerlərdən birini tutur.


“Rusiya Xarici İşlər Nazirliyi aprelin 2-də İranın nüvə problemi ilə bağlı razılığa gəlinməsinə münasibət açıqlayarkən, Moskvanın əvvəlki kimi bu regionda əsas rol oynadığını dilə gətirir. Hesab olunur ki, İran neytrallaşdırıldıqdan sonra Qərb üçün Rusiya daha asan tikə olacaq. Lakin hələlik sanksiyalar qüvvədədir və onların ləğv olunmaması ehtimalı az da olsa var”, - deyə məqalədə qeyd olunur.


Nəşr son dövrlər post-sovet məkanında birləşmə prosesinin davam etdiyinə diqqət çəkir: “Martın 19-da Rusiya Cənubi Osetiya ilə müqavilə imzaladı. Martın 20-də Qazaxıstan və Belarus Rusiya ilə birgə regional valyuta ittifaqını formalaşdırmağı təklif etdilər. Ukraynanın cənub-şərqində Rusiya təsiri əvvəlki kimi qalır. Barışığa baxmayaraq, artilleriya yenidən işə düşür. Hələlik humanitar, iqtisadi və maliyyə böhranı yoxdur. Beynəlxalq Valyuta Fondu Ukraynaya 40 milyard dollar yardım etdi.

Lakin ölkənin zəifliyi hər keçən gün daha açıq şəkildə hiss olunur. Digər tərəfdən, Kiyev hökuməti üçün problem təkcə separatçılar deyil. Eyni zamanda, oliqarxlar da problemə çevrilir. Bu cür vəziyyət Rusiya üçün sərfəlidir. Moskva bu gün Polşa və Litvaya da təsir etmək niyyətindədir. Rusiya liderləri SSRİ-nin keçmiş hərbi gücünü yenidən Rusiyaya qaytarmaq istəyir. Qərb sərhədlərini möhkəmlətmək vacib amilə çevrilib. Burda Cənubi Qafqaz daha vacib faktordur. Rusiya bu regionda təsir imkanlarını saxlamağı bacarır. Cənubi Qafqaz Rusiyaya böyük imperiya gücünü qaytarmaq üçün olduqca vacibdir. Hansı ki, region ölkələrindən Ermənistan tamamilə Moskvanın təsirinə girib. Azərbaycan öz neytral siyasətini davam etdirir və şəxsi maraqlar prizmasından hərəkət edir. Gürcüstan Qərb yolunu tutsa da, Moskvanın gizli təsirləri bu ölkəyə də var. Rusiya bu gün Yaxın Şərqdə də öz təsir imkanlarını genişləndirib və müəyyən məsələləri diktə edə bilir”.


“Le Figaro” qeyd edir ki, Rusiya Avrasiyada güclüdür və Kremldə böyük dövlət statusunun qaytarılması üçün daim işləyirlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm