Puşkov: “Azərbaycan Rusiyanı ABŞ-a dəyişməyəcək”
Bizi izləyin

Nida.az

Puşkov: “Azərbaycan Rusiyanı ABŞ-a dəyişməyəcək”

“Azərbaycan ABŞ-a görə Rusiya ilə olan münasibətlərini fəda etməyəcək. Həmçinin özü üçün əlverişli qərb iqtisadi layihələrində iştirak etmək imkanlarını qaçırmayacaq”.


Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq münasibətlər komitəsinin sədri Aleksey Puşkov deyib.


Puşkov Bakının Moskva ilə münasibətlərini Vaşinqtona qurban verməyəcəyini hesab edir. Onun sözlərinə görə, Rusiya və Azərbaycan xalqları arasında tarixən yaxın münasibətlər olub: “Azərbaycan hökuməti bunu bilir və o, qonşu ölkələrimizdəki dövlət çevrilişlərində yox, Rusiya ilə sabit və tarazlaşdırılmış siyasət aparmaqda maraqlıdır. Digər tərəfdən, Azərbaycanın Qərblə birgə həyata keçirdiyi iqtisadi layihələrə təhlükə görmürəm. Buna paralel olaraq, Azərbaycanın Rusiya ilə münasibətlərinə də təhlükə yoxdur. Mən düşünmürəm ki, Azərbaycanın Qərb ölkələrinin layihəsində yer alması Rusiyada neqativ qarşılanır. Azərbaycandan özü üçün əlverişli layihələrdən imtina etməyi gözləmək qəribə olardı”.


Komitə sədri bəzən əlverişli görünən məsələlərin sonradan təhlükəyə çevrilə biləcəyi məsələsinə də incəliklə toxunub.

“Mən Amerikanın Bakıdakı səfirliyinin fəaliyyətində bəzi siyasi aspektli fəaliyyətlər görürəm. Axı “narıncı inqilab” mövzusu ABŞ-ın xarici siyasətində hələ də qalır. Azərbaycan hökuməti ABŞ-a münasibətlərini qurur. Lakin bəzən burda ziddiyyətlər də görünür. Bu baxımdan, bəzən əlverişli görünən məsələlər sonradan təhlükələr yaradır”, - deyə Puşkov vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm