“Azərbaycanlılar Fransadan Ermənistana təzyiq göstərməsini gözləyirlər”
Bizi izləyin

Nida.az

“Azərbaycanlılar Fransadan Ermənistana təzyiq göstərməsini gözləyirlər”

Millət vəkili Qənirə Paşayeva Parisdə Fransa Parlamentinin deputatı, Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jean-François Mancel ilə görüşüb. Azərbaycan-Fransa münasibətlərinin, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafı xüsusi məmunluqla vurğulanıb.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Q.Paşayeva deyib ki, arada baş verməsindən asılı olmayaraq insan haqlarının bu qədər kobud çəkildə tapdalanmasına imkan verilməməlidir və azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə dönə bilmələri istiqamətində Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransadan Ermənistana təzyiq göstərməsini gözləyirlər.

O, Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jean-François Mancelə hər zaman Azərbaycana dəstək verdiyi və ədalətin yanında olduğu üçün təşəkkürünü bildirərək ona Azərbaycan həqiqətlərinə dair kitab və materialları da təqdim edib. Azərbaycanla əməkdaşlığın inkişafına böyük önəm verdiklərini deyən Fransa Parlamentinin deputatı Jean-François Mancel qeyri-hökumət təşkilatları, assosiasiyalar arasında əməkdaşlığın da daha da genişlənməsini vacib saydığını deyib.

Azərbaycanın Fransada doğru şəkildə təqdim edən layihələrin, o cümlədən məcburi köçkünlərlə bağlı, Azərbaycanda tolerantlıq və qadın haqları sahəsində əldə edilən uğurlarla bağlı daha geniş məlumatların çatdırılmasını nəzərdə tutan layihələrin daha da artmasının vacibliyini dilə gətirib. Azərbaycanın Fransadakı səfirliyi ilə, Azərbaycanla bu istiqamətdə işlərin bundan sonra daha da artacağını deyən Jean-François Mancel bəzi layihələrlə bağlı düşüncələrini söyləyib və fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm