Nida.az
"Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial var"
Prezident İlham Əliyev fevralın 20-də ölkəmizdə rəsmi səfərdə
olan Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Prezidenti İlham Əliyev ilə i Plamen Oreşarski arasında əvvəlcə
təkbətək görüş olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli
münasibətlərin inkişafından məmnunluq ifadə olundu, tərəfdaşlıq
əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda
genişləndirilməsinin önəmi vurğulandı, əməkdaşlığımızın
perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.
Sonra görüş nümayəndə heyətinin iştirakı ilə davam etdirilib.
Azərbaycan ilə Bolqarıstan arasında siyasi sahədə əlaqələrin
razılıq doğurduğunu vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə
də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu
deyib.
Bolqarıstan Respublikasının Baş naziri Plamen Oreşarskinin
Azərbaycana ötən səfəri zamanı energetika sahəsində əməkdaşlığa
dair mühüm sənədlərin imzalandığına toxunan Prezident İlham Əliyev
Azərbaycanın və Bolqarıstanın tərəfdaş ölkələr kimi nəhəng regional
infrastruktur layihəsinin reallaşdırılması istiqamətdə birgə
fəaliyyətə başlamasından məmnunluğunu ifadə etdi. Ölkələrimiz
arasında əlaqələrin genişləndirilməsində birgə layihənin önəmini
qeyd edən dövlətimizin başçısı bunun energetika, investisiya
qoyuluşu, biznes, birgə istehsal sahələrinin yaradılması, turizm,
kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı
imkan yaratdığını vurğulayıb.
Bolqarıstan şirkətlərini ölkəmizdə həyata keçirilən layihələrdə
iştirak etməyə dəvət edən Prezident İlham Əliyev Azərbaycanın da
Bolqarıstanda tərəfdaş və investor kimi fəaliyyət göstərməkdə
maraqlı olduğunu deyib. Dövlətimizin başçısı iqtisadi sahədə
əməkdaşlığın genişləndirilməsində siyasi münasibətlərin
əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Baş naziri
Plamen Oreşarskinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın
müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı səmərəli
müzakirələr aparılacağına ümidvar olduğunu bildirdi.
Yüksək qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını
ifadə edən Plamen Oreşarski səfəri zamanı Azərbaycan xalqının
bolqar xalqına olan dostluq münasibətinin bir daha şahidi
olduğundan məmnunluğunu bildirdi. Baş nazir Bolqarıstan ilə
Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu
vurğuladı. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın
uğurla inkişaf etdiyini bildirən Bolqarıstanın Baş naziri sürətlə
inkişaf edən Azərbaycanda nəqliyyat, kimya, təhsil, mədəniyyət və
digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə
çatdırıb.
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı