Sərdar Cəlaloğlu: “Müsavatla AXCP bir-biri ilə mitinq yarışı aparır”
Bizi izləyin

Nida.az

Sərdar Cəlaloğlu: “Müsavatla AXCP bir-biri ilə mitinq yarışı aparır”

“Müsavatın yürüşünə getmək fikrimiz yoxdur. Çünki onlar bu qərarı verərkən bizimlə məsləhətləşməyiblər. Partiya öz funksionerləri ilə müzakirə edərək bu fikrə gəlib. Qərar verilməsində iştirak etmədiyimiz yürüşə qatılsaq, ADP-ni buraxıb Müsavat partiyasına üzv olarıq”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.


Onun sözlərinə görə, Müsavatın yürüş qərarı Milli Şuranın mitinqə cavab xarakteri daşıyır: “Bir-biri ilə yarışa çıxıblar. Amma bunlar boş şeylərdir. Nə Milli Şuranın mitinqi effekt verdi, nə də Müsavatın yürüşü effekt verəcək. Lakin ümumi mənada belə toplantılara qarşı deyiləm. Aktivliyi bərpa etmək yaxşıdır. Qoy onlar da etsinlər, görək hara qədər gedib çıxacaqlar”.


S. Cəlaloğlu mitinqə sosial sifarişin olmadığını diqqətə çatdırıb.


“AXCP-nin 3-4 min üzvü var. Amma mitinqə öz üzvlərinin 50 faizini gətirə bilmədi. Hansı mitinqdən, gücdən danışırlar? Bu gün mitinq üçün sosial tələb yoxdur. Bizdən qabaq mitinq keçirənlər də öz üzvlərindən başqa heç kəsi ora gətirə bilmir. Gələnlər də yarım saat qalıb gedirlər. Bununla yanaşı, mitinq keçirəndə beynəlxalq konyunkturanı nəzərə almaq lazımdır. Nəzərə almalıyıq ki, beynəlxalq şərait bizim xeyrimizə deyil. Kənardan təzyiqlər var, İslam radikalları fəallaşıb”, - deyə partiya sədri qeyd edib.


S. Cəlaloğlu dialoqun olduğu bir vaxtda mitinq, yaxud yürüşlərin keçirilməsinin mənasız olduğunu da vurğulayıb: “Əgər iqtidar bu gün dialoq təklif edirsə, sözümüzü birbaşa deyə biliriksə, mən niyə fikrilərimi dolayısı yola deməliyəm. Onsuz da birbaşa üzünə deyirəm. İqtidar dialoq təklif edib, biz də iştirak edirik. Mitinqlərdə nə deyilibsə, ondan 10 dəfə kəskin sözləri biz iclasda deyirik. Mitinqdə həll yolu göstərilmir, müzakirələr olmur. Amma biz dialoqda təklif verir, müzakirələr aparır, həll yolunu göstəririk. Bu daha effektlidir, nəinki mitinq. Müxalifət mitinq keçirməklə hakimiyyətə gələ bilirmi? Xeyr. Mitinqdə məqsəd problemləri ictimaiyyətin və hökumətin diqqətinə çatdırmaqdır. Biz dialoqda problemləri bilavasitə hökumətin diqqətinə çatdırırıqsa, mitinqə nə ehtiyac var?”


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm