“The Hill”: “ABŞ radikal qruplara qarşı mübarizədə Bakının dəstəyindən istifadə etməlidir”
Bizi izləyin

Nida.az

“The Hill”: “ABŞ radikal qruplara qarşı mübarizədə Bakının dəstəyindən istifadə etməlidir”

“Birləşmiş Ştatlar müsəlman ölkələri arasında Azərbaycanla sıx əməkdaşlıq etməlidir”.


Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “The Hill” nəşri yazıb.


Nəşr Vaşinqtonun İranla razılığını təqdir edərək yazır ki, İŞİD və "Boko Haram" kimi terror təşkilatları ilə mübarizədə bu lazımdır: “Ən azından bu, “ABŞ İslamla müharibə aparır” fikrini zəiflədə bilər. Vaşinqton bu kontekstdə Azərbaycanla da sıx əməkdaşlıq etməlidir. Çünki İranın şimalında yerləşən bu strateji ölkənin əhalisinin 90 faizi müsəlmandır. Dünyəvi hökumətin rəhbərlik etdiyi Azərbaycanda dini dözümlülük dünya üçün əsl nümunə hesab oluna bilər və bu ölkə “Əl-Qaidə” kimi terror təşkilatlarına qarşı mübarizədə xüsusi töhfə verir.

Dəhşətli 11 sentyabr hadisəsindən sonra prezident Corc Buşa ilk dəstək verənlərdən biri Azərbaycan lideri idi. Bu, sadəcə, boş sözlərlə verilən vəd deyildi. Əfqanıstanda Talibanı məğlub etmək üçün Azərbaycan Birləşmiş Ştatlara böyük kömək etdi. Xüsusilə bu ölkədə əməliyyatları aparmaq üçün Amerika hərbi təyyarələrinə Azərbaycan öz hava məkanının qapılarını açdı. Bununla yanaşı, öz sülhməramlılarını da Əfqanıstana göndərdi. Başqa sözlə, Azərbaycan oyundankənar qalmadı və ABŞ-a hücum edən “Əl-Qaidə”yə qarşı döyüşdü”.


Məqalədə Azərbaycanın İsraillə münasibətlərinə də toxunulur.


“Bu gün Bakı ilə Təl-Əviv arasında güclü əlaqələr var. İsrail Azərbaycandan öz ehtiyaclarının 40 faizi qədər neft alır. Bu münasibətlər təkcə biznes əlaqələri demək deyil. Hazırda Azərbaycanın daxilində yəhudi əhalisi etibarlı şəkildə yaşayır və hökumətdən böyük qayğı görür. Bu baxımdan, Yaxın Şərqdə ən yaxın müttəfiqimiz İsrailin Azərbaycanla münasibətləri ABŞ üçün vacibdir. İsrailə qarşı olan radikal qruplar ABŞ-a da hücum edir. Deməli, ümumi hədəf eynidir və ABŞ radikal dini qruplara qarşı Azərbaycan kimi mülayim və etibarlı müsəlman dövlətləri ilə əlaqələri genişləndirməlidir.

Çünki ABŞ Yaxın Şərqdə, Cənub-Qərbi Asiyada və dünyanın bir çox yerində radikal qruplara qarşı mübarizədə minlərlə əsgər qurban verib, trilyonlarla dollar məbləğində pul xərcləyib. Mübarizəni dayandırmaq lazım deyil, sadəcə olaraq, bu işdə öz etibarlı tərəfdaşlarımızın köməyindən də istifadə etməliyik. Keçmişdə Azərbaycan bu radikal qruplara qarşı mübarizəmizdə etibarlı tərəfdaş olduğunu sübut edib. Əminliklə demək olar ki, Bakı bundan sonra da öz köməyini əsirgəməz”, - deyə nəşr vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm