Nida.az
Qubad İbadoğlu: “Müsavat rəhbərliyi öz legitimliyini zorla qəbul etdirmək istəyir”
“Müsavat Məclisinin deputatlığa namizədlərlə bağlı
ortaya atdığı təlimat çox xırda məqsədlərə xidmət
edir”.
Bunu Publika.az-a açıqlamasında qurultayın
nəticələrini tanımadığı üçün Müsavat Partiyasından çıxarılan,
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad
İbadoğlu deyib. O hesab edir ki, Arif Hacılı öz legitimliyini zorla
qəbul etdirmək istəyir.
“Məqsəd odur ki, aparıcı müsavatçılara partiya sədrinin
legitimliyini bu yolla qəbul etdirsinlər. Bununla bağlı baş
verənləri müşahidə edirik və bunu ADR Hərəkatı üzvlərinə qarşı
diskriminasiya, demokratiyanın və insan azadlıqlarının pozulması
kimi qiymətləndiririk. ADR Hərəkatı fərdi azadlıqlara da
həssaslıqla yanaşır və bu məsələdə üzvlərinin iradəsindən irəli
gələn istənilən qərarı hörmətlə qarşılayacaq”, - İbadoğlu əlavə
edib.
Q. İbadoğlu parlament seçkilərində iştirak etməsi haqda yekun
qərarının olmadığını bildirib.
ADR-in partiyaya çevrilmə imkanına gəlincə, Q. İbadoğlu bu
məsələnin gündəmdə olmadığını qeyd edib: “Məsələ gündəliyə gələrsə,
müzakirə olunacaq və qərarı ADR üzvlərinin seçdiyi müvafiq orqanlar
kollegial qaydada verəcəklər”.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!