Nida.az
İnsan hüquqları məsələləri üzrə işçi qrupun iclası keçirilib
Aprelin 9-da insan hüquqları məsələləri üzrə birgə işçi
qrupun növbəti iclası keçirilib.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki,
Milli Məclisdə keçirilən iclasda işçi qrupun həmsədrləri -
Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş
şöbəsinin müdiri Fuad Ələsgərov, Milli Məclisin beynəlxalq
münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd
Seyidov, qrupun üzvləri, o cümlədən deputatlar, Ədliyyə
Nazirliyinin, prokurorluğun nümayəndələri, qeyri-hökumət
təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Səməd Seyidov qrupun keçən ilin oktyabrında keçirilmiş
iclasından ötən altı aydakı fəaliyyətinin təhlil olunacağını,
perspektivlərin müzakirə ediləcəyini bildirib. O, işçi qrupun insan
haqları ilə bağlı problemlərin həlli istiqamətində altı ayda
səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Səməd Seyidov işçi
qrupa daxil olan qeyri-dövlət təşkilatlarının nümayəndələrinin
insan haqları ilə bağlı daim xüsusi fəallıq göstərdiklərini diqqətə
çatdıraraq, bu baxımdan qrupun katibliyinə minnətdarlığını
bildirib.
Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov
bildirib ki, işçi qrupun bir neçə iclasının keçirilməsinə
baxmayaraq, onun üzvləri daim qarşılıqlı əlaqədə fəaliyyət
göstərib, informasiya mübadiləsi aparıb, ortaya çıxan məsələlərin
həlli ilə bağlı müvafiq addımlar atıblar. Qrupun əfv komissiyası
ilə də sıx əlaqədə işlədiyini bildirən şöbə müdiri qeyd edib ki,
komissiyada qaldırılan məsələlər müsbət həllini tapıb. Ümumiyyətlə,
bu əməkdaşlıq nəticəsində ötən altı ayda 15 məhbus Azərbaycan
Respublikası Prezidentinin sərəncamları əsasında azadlığa
buraxılıb. Fuad Ələsgərov bu istiqamətdə fəaliyyətin davam
etdiyini, müvafiq memorandumun müddəalarına əməl olunduğunu diqqətə
çatdırıb.
Bu məsələlərə humanizm prinsiplərindən yanaşıldığını qeyd edən
Prezident Administrasiyasının rəsmisi bildirib ki, biz qrupun
fəaliyyətinin daha səmərəli olmasına çalışırıq. İşçi qrupun altı
aylıq fəaliyyətini müsbət qiymətləndirən həmsədr Avropa Şurası baş
katibinin qrupdakı xüsusi nümayəndəsi ilə də səmərəli əməkdaşlığın
aparıldığını diqqətə çatdırıb. Fuad Ələsgərov Avropa Şurasının baş
katibi Torbörn Yaqlandın işçi qrupun fəaliyyətini yüksək
qiymətləndirdiyini vurğulayıb.
Avropa Şurası baş katibinin işçi qrupdakı xüsusi nümayəndəsi
Aleksandr Qessel görülən işlərin önəmini vurğulayaraq bildirib ki,
Azərbaycan cəmiyyəti bu qrupun fəaliyyətində maraqlıdır və ona
böyük etimad göstərir. O, Avropa Şurası baş katibinin də bu qrupun
fəaliyyətini yaxından izlədiyini bildirib. A.Qessel qrupun insan
hüquqları ilə bağlı müzakirəyə çıxardığı məsələlərin xüsusi
aktuallıq kəsb etdiyini vurğulayıb. O deyib ki, işçi qrup həm
vətəndaş cəmiyyətinin üzvlərinə, həm də dövlət strukturlarının
nümayəndələrinə açıq şəkildə, qarşılıqlı hörmət şəraitində cəmiyyət
qarşısında duran bir sıra məsələlərin həllini tapmağa kömək edir.
Bu, çox vacib məqamdır. Sizin birgə işiniz onu göstərir ki,
Azərbaycan Avropa dəyərlərinə sadiqdir. Biz bu qrupa hər cür dəstək
verməyə hazırıq.
Qrupun üzvü, Milli Məclisi deputatı Çingiz Qənizadə bundan
əvvəlki iclasda qaldırılan məsələlərin həllini tapdığını
vurğulayaraq, göstərdiyi yüksək humanizmə görə dövlətimizin
başçısına minnətdarlığını bildirib.
İşçi qrupun digər üzvü, Milli Məclisin deputatı Azay Quliyev
Azərbaycan cəmiyyətində dialoqun unikal mexanizminin yaradıldığını
söyləyib.
Digər çıxışlarda da cəmiyyətdə işçi qrupa etimadın artdığı
xüsusi vurğulanaraq, qrupun insan hüquqları məsələləri ilə bağlı
səmərəli mexanizm olduğu diqqətə çatdırılıb. Çıxış edənlər,
həmçinin insan hüquqları məsələləri üzrə birgə işçi qrupun altı
aylıq fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonra iclas müzakirələrlə davam edib.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi