Adil Qeybulla: “Vurğun Əyyub fərd olaraq bütün Müsavatdan güclüdür”
Bizi izləyin

Nida.az

Adil Qeybulla: “Vurğun Əyyub fərd olaraq bütün Müsavatdan güclüdür”

“Deputatlığa namizədliyimi verib-verməməklə bağlı qəti qərar verməmişəm. Lakin Müsavat Partiyası adından namizəd olmaq istəmədiyim qətidir. Məclisin namizədlərlə bağlı çıxardığı təlimat bu fikrimi daha da gücləndirdi”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının İdarə Heyətinin üzvü Adil Qeybulla deyib.


Onun sözlərinə görə, seçkidə ya fərdi, ya da hansısa blokun tərkib hissəsində iştirak edə bilər.


“Namizədlərlə bağlı təlimat sənədi təkcə Müsavat Nizamnaməsinə deyil, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara, insan haqları barədə fundamental azadlıqlara ziddir. Bununla Müsavat rəhbərliyi legitimliyini kimlərəsə tanıtdırmaq istəyir. Amma bu, avtoritar və partiyaya nüfuz gətirməyəcək bir addımdır”, - deyə ADR funksioneri qeyd edib.


A. Qeybulla Müsavatın Vurğun Əyyubun namizədliyinə qarşı çıxmasına da toxunub: “Vurğun Əyyubun öz şəxsi resursları partiyadan çoxdur. Məclis onun namizədliyini qəbul etməsə belə, Vurğun bəy öz resurslarından istifadə edib seçkilərdə iştirak edəcək”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm