Adil Əliyev: “Ermənistanın Azərbaycan ordusu qarşısında dayanması mümkün deyil”
Bizi izləyin

Nida.az

Adil Əliyev: “Ermənistanın Azərbaycan ordusu qarşısında dayanması mümkün deyil”

“Ermənistan ordusunun Azərbaycan ordusu qarşısında dayanması mümkünsüzdür. İşğalçı ölkə reallıqla barışmalıdır”.


Bunu Publika.az-a açıqlamasına Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Adil Əliyev ABŞ-ın “Harvey & Company” şirkətinin analitiki Cek Malkeyrin “The National İnterest” jurnalında Azərbaycanla Ermənistan arasında “yaxınlaşan müharibə” haqda yayımlanan məqaləyə münasibət bildirərkən qeyd edib.


Millət vəkili məqalədə Ermənistanın düşdüyü vəziyyətin yaxşı təhlil olunduğunu bildirib: “Onsuz da dünyanın əksər hərbi-siyasi analitikləri Azərbaycan ordusu haqqında obyektiv hesabatlar yayırlar. Hazırda Ermənistan taqətsiz bir vəziyyətdədir və yaxın zamanlarda da vəziyyətdən çıxması real görünmür. Ölkədə psixoloji gərginlik hökm sürür. Həmçinin Ermənistanın sosial-iqtisadi və siyasi vəziyyəti onun bütün imkanlarını gerçəkliyi ilə ortaya qoyur”.


Millət vəkili Azərbaycanın qısa zaman ərzində torpaqlarını işğaldan azad etmək gücünə malik olduğunu vurğulayıb.


“Ən müasir silahlarla ordumuz gücləndirilir. Üstəlik, regionda vəziyyət dəyişir. Azərbaycan beynəlxalq arenada üstünlüklər qazanır. Ermənistanın işğalçılıq siyasəti ölkə rəhbərliyi tərəfindən sərt tənqid olunur. Münbit şərait yaranan kimi torpaqlarımız işğaldan azad ediləcək”, - deyə millət vəkili əlavə edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm