AMİP rəsmisi: “Müsavat AXCP-dən geri qalmamaq istəyir”
Bizi izləyin

Nida.az

AMİP rəsmisi: “Müsavat AXCP-dən geri qalmamaq istəyir”

“Müsavat Partiyası Milli Şuradan, daha dəqiq desək, AXCP-dən geri qalmamaq üçün yürüş keçirmək qərarına gəlib”.


Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov deyib.


AMİP üzvü mitinqin siyasi mübarizədə effektli olduğunu deyib: “Lakin kütləvi aksiyalar bütün vasitələr tükənəndən sonra gündəmə gəlir. Kütləvi aksiyalar məqsəd yox, vasitə olmalıdır. Bu aksiya xeyli zəhmət, təşkilatçılıq və maliyyə tələb edir. Amma Azərbaycanda mitinq keçirmək partiyaların bir növ gücünü və varlığını göstərmək üçündür. Kütləvilik və ictimai maraq az olduğundan son zamanlar keçirilən mitinqlər əks-effekt verir. Yəni bu yolla nə güc göstərmək mümkün olur, nə də hakimiyyətə təsir etmək. Qısaca desək, geniş ictimai və sosial maraq kəsb etmir”.


Ə. Orucovun fikrincə, indiyədək keçirilən aksiyaların böyük əksəriyyəti siyasi şüarlar olduğundan və vasitə deyil, məqsəd daşıdığından cəmiyyətin narazı təbəqəsini cəlb etmək mümkün olmayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm