Mübariz Qurbanlı: “Prezidentin Məkkəyə səfəri islam dəyərlərinə olan bağlılığının təzahürüdür”
Bizi izləyin

Nida.az

Mübariz Qurbanlı: “Prezidentin Məkkəyə səfəri islam dəyərlərinə olan bağlılığının təzahürüdür”

“Prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın və ailə üzvlərinin Məkkədə müqəddəs Kəbə evində ümrə ziyarətini icra etməsi, burada namaz qılması və dualar etməsi dini ictimaiyyətin xüsusi diqqətini çəkib. Prezident İlham Əliyevin nadir hallarda mümkün olan Kəbə binasının içərisinə daxil olması Azərbaycana və onun başçısına olan böyük hörmət və ehtiramın göstəricisidir. Eyni zamanda, Mədinə şəhərindəki Peyğəmbər məscidinin, Məhəmməd peyğəmbərin (s.ə.s.) məzarının ziyarət olunması, namaz qılınıb dualar edilməsi cənab prezidentin və ailəsinin islam dəyərlərinə olan bağlılığının təzahürüdür”.

Publika.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Bir neçə gün öncə prezident İlham Əliyevin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərini yüksək qiymətləndirən komitə sədri bu səfərin həm də Azərbaycanın islam dünyasında böyük nüfuzundan və ölkəmizin artıq müsəlman aləmində güclü rəğbət, ehtiram sahibi olmasından xəbər verdiyini deyib.

“Mən bunu çox mötəbər, hətta tarixi səfər kimi qiymətləndirirəm. Bu səfəri, sadəcə, iki ölkə arasında əlaqələrin inkişafı prizmasından deyil, eyni zamanda, müsəlman sivilizasiyanın tərkibi olaraq ölkəmizin və onun başçısı cənab Prezidentin və ailəsinin, islam dəyərlərinə dərindən bağlı olduğunun əyani ifadəsi kimi səciyyələndirmək lazımdır”, - deyə M. Qurbanlı bildirib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm