Nida.az
Hasan Oktay: “Putin bu yalana son qoymasa, Qərb onu bitirəcək”
“Vatikandakı ayində Papaya təbliğat xarakteri daşıyan bu kəlməni dedirtdilər”.
Bunu Publika.az-a açıqlamasında Türkiyədə
fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin
(KafkasSAM) rəhbəri Hasan Oktay Roma Papası Fransiskin qondarma
“erməni soyqırımı” haqda soyqırımı ifadəsini dilə gətirməsinə
münasibət bildirərkən deyib.
H. Oktay hesab edir ki, Papa bir neçə ay öncə Türkiyə səfərində
istədiyi nəticəni əldə etməmişdi: “Türkiyəyə gələn Papa Ukrayna
məsələsində Türkiyədən yardım istəmişdi. Lakin Türkiyə Ukrayna
problemində daha çox Rusiyaya yaxın siyasət yürütdü. Məqsəd Krım
tatarlarının bu müharibədən zərər görməsinin qarşısını almaq idi.
Qismən də olsa Türkiyənin bu siyasəti faydalı oldu. Lakin Qərb
dünyası Türkiyəni bu siyasətinə görə cəzalandırmaq üçün Papaya bu
sözü dedirtdilər”.
Politoloq qeyd edib ki, Papa Fransisk onsuz da İstanbulda yunan
kilsəsini ziyarət etdi və Ermənistanla sərhədlərin açılmasını
istədi: “Bu, Ermənistanı Rusiyanın əlindən qurtarmaq, Putini
xristian aləmində təkləmək məqsədi güdürdü. İndi də Ermənistanı
daha çox yanına çəkmək, Putini təkləmək üçün Vatikan belə bir
açıqlama verdi. Hesab edirəm ki, bu kəlmə Ermənistanı Rusiyadan
qoparmaq üçün deyilib”.
H. Oktayın fikrincə, hazırda əsas iş Putinin üzərinə düşür.
“Rusiya prezidenti aprelin 24-də İrəvana gedərək, orda Ermənistana
və Papaya başa düşəcəkləri dildə cavab verməli, yüzillik yalan
təbliğatını ifşa etməlidir. Əgər Putin bu yalana son qoymasa, o
zaman Qərb dünyası onu bitirəcək”, - deyə o vurğulayıb.
Türkiyəli analitik Bakı və Ankaranın tutacaqları yolu da şərh edib:
“Azərbaycan və Türkiyə, eləcə də bütün türk dünyası bu günlərdə
əvvəlkindən daha sıx bir-birinə bağlanmalı, aralarındakı kiçik
problemləri həll etməlidirlər. Əks təqdirdə, Qərblə Rusiya arasında
sıxışıb yoxolma təhlükəsi ilə üz-üzə qala bilərlər”.
Asif Nərimanlı
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO