İqbal Ağazadə: “O yanğına baxanda adam dəhşətə gəlir”
Bizi izləyin

Nida.az

İqbal Ağazadə: “O yanğına baxanda adam dəhşətə gəlir”

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Xətai rayonu ərazisindəki yaşayış binasının yanması məsələsinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, deputat İ.Ağazadə deyib ki, Xətai rayonu ərazisində binanın yanması dəhşətli hadisədir: “Bu onu göstərdi ki, Bakı Şəhər İcra Hakimiyyəti binaların süni materiallarla üzlənməsi məsələsinə baxmalıdır. Binalar süni fasadlarla üzlənməməlidir. Bu materialları kim gətirir? Təsəvvür edin, bir anın içərisində bütün bina alışdı. Bu zəhərli, tezalışan materiallar şəhərdə əksər binalara vurulur. Bu binalar bir gecənin içərisində təxribat nəticəsində yandırıla bilər.

Xahiş edirəm, aidiyyəti orqanlar qarşısında bu problem qaldırılsın və həmin tezalışan maddələrin binaların fasadına çəkilməsi qadağan edilsin. Xətai rayonundakı hadisə gecə vaxtı olsaydı, daha böyük fəsadlar yaranacaqdı. Bu binada 403 nəfər yaşayırdı.

Yaxşı ki, hadisə günorta saatlarında baş verdi. O yanğına baxanda adam dəhşətə gəlir. İnsanlar zəhərlənə, xəsarət ala bilərdilər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm