Nida.az
Spiker: “Siyasətlə siyasətçilər məşğul olmalıdır, din xadimləri yox”
“Türkiyədə 1 milyon 200 min erməni yaşayıb, onların da 800 mini başqa ölkələrə köçüblər və bunun da sənədi var. İndi necə oldu ki, 1 200 ermənini qırıblar?”
Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib.
Onun sözlərinə görə, bu, tarix məsələsidir: “Təəssüf edirəm ki, Roma Papası da bu prosesə qatılıb. Məncə, ona müraciət etməyin mənası yoxdur. Onlar erməni katolikosunu özlərinə kardinal hesab edirlər. Mən bir neçə dəfə Vatikanda səfərdə olmuşam. Oranı gəzəndə gördüm ki, bir heykəl var. Dedilər ki, bu, erməni katolikosunun heykəlidir, bizim kardinaldır. Ancaq arxa qapıdan gələn kardinal. Əgər onlar bunu belə qəbul edirlərsə, biz normal yanaşmalıyıq. Dünyada siyasətlə siyasətçilər məşğul olmalıdır. Din xadimləri belə siyasətə qatılmamalıdırlar. 100 il əvvəl olan məsələdən danışırlar, amma 20 il əvvəl baş verən Xocalı haqqında danışmırlar”.
Vasif Həsənli
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!