Nida.az
Parlamentdə bəzi neft-qaz şirkətləri tənqid olundu
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bir sıra podratçı neft-qaz şirkətlərinin fəaliyyətini kəskin tənqid edib.
Publika.az-ın məlumatına görə, deputat A.Quliyev deyib ki, “Şirvan OİL” və digər bu kimi şirkətlər öz fəaliyyətlərində böyük nöqsanlara yol verirlər: “Mən Şirvandan seçilmiş deputatam və bu barədə mənə kifayət qədər müraciətlər olur. Həmin şirkətlər qanuna zidd və heç bir əsası olmadan işçiləri işdən çıxarırlar və sairə. Bu məsələni də müzakirə etmək lazımdır”.
A.Quliyevin çıxışına toxunan vitse-spiker, Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov isə bildirib ki, “Qarasu” və digər bu kimi şirkətlərlə bağlı onda müvafiq məlumatlar var: “Köhnə yataqlarda podratçıların boyunlarına elə öhdəliklər qoyulub ki, onlar qaça bilmirlər. Əmin ola bilərsiniz ki, köhnə yataqlarda işləyən podratçı şirkətlər Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin əlindən canını qurtara bilsəydi elə qaçardı ki, şalvarı da burda qalardı. Sovet dövründən bəri kim işləyirsə həmin adamlar bu gündə orda qalıblar. Hələ Azərbaycan tərəfi həmin layihələrdən mənfəət də götürür. Ölmüş sahələri xarici podratçılara vermişik və onlar özləri üçün pul qazanırlar, hələ bizə də vəsait ödəyirlər”.
Komitə sədri qeyd edib ki, həmin ölmüş yataqlarda minlərlə insan çalışır: “Neftçalada, Kürdəmirdə, Şirvandan olan vətəndaşlarımız alın təri ilə ailəsini dolandırır”.
Vasif Həsənli
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR