Müsavat yürüşsüz qaldı: meriya “yox” dedi
Bizi izləyin

Nida.az

Müsavat yürüşsüz qaldı: meriya “yox” dedi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının yürüşünə icazə verməyib.


Partiyanın Təşkilat Komitəsinin sədri Razim Əmiraslanlı Publika.az-a bildirib ki, meriya yürüşü məqsədəuyğun hesab etməyib: “BŞİH-də ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanovla görüşümüzdə bildirdi ki, metro stansiyasından başlayan yürüş avtomobillərin hərəkətini məhdudlaşdıracaq. Ona görə də “Məhsul” stadionunda mitinq keçirilməsini təklif etdilər”.


R. Əmiraslanlı məsələ ilə bağlı partiyanın qərarının müzakirələrdən sonra açıqlanacağını qeyd edib.

Qeyd edək ki, Müsavat Partiyası aprelin 19-da metronun “20 Yanvar” stansiyasından “Məhsul” stadionuna qədər yürüş təyin etmişdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm