Rəsmi Bakı Rusiyanın "Beeline" şirkətinə xəbərdarlıq edib
Bizi izləyin

Nida.az

Rəsmi Bakı Rusiyanın "Beeline" şirkətinə xəbərdarlıq edib

Azərbaycan Rusiyanın Beeline telekommunikasiya şirkətini Dağlıq Qarabağ ərazisində fəaliyyəti ilə Beynəlxalq Telekommunikasiya İttifaqının qayda və təlimatlarını ciddi şəkildə pozmaqda günahlandırır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiyanın Beeline şirkətinin artıq uzun müddət ərzində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən Karabakh Telecom ilə əməkdaşlığı ciddi narahatlıq doğurduğunu bildirib.

“Rəsmi diplomatik kanallar vasitəsilə Beeline şirkətinə dəfələrlə müraciətlər olunsa da, Beeline bu fəaliyyətini dayandırmayıb. Bu yaxınlarda Beeline tərəfindən təqdim edilən Ryadom proqramı isə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə daha da asanlaşdırılmış və ucuz formada zənglərin edilməsini nəzərdə tutur”, - deyə Azərbaycan XİN sözçüsü qeyd edib.

Beeline şirkəti isə Ermənistanın ArmenTel mobil şirkəti ilə Beeline-Ermənistan layihəsi çərçivəsində əməkdaşlıq etdiyini və Karabakh Telecom mobil operatoru ilə əməkdaşlığın ArmenTel abunəçiləri üçün olduğunu bildirib.

“Mobil operator olaraq Beeline şirkəti bütün abonentlərinə münasib taariflərlə fərqli xidmətlər təqdim etməyə çalışır. Hər bir abonent isə şəxsi marağına uyğun şəkildə istifadə edəcəyi mobil operatoru seçmək hüququna malikdir”, - APA-nın sorğusuna şirkətin cavabında deyilir.

Azərbaycan XİN sözçüsünün sözlərinə görə, Beeline tərəfindən Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən Karabakh Telecom ilə əməkdaşlığı Azərbaycan Respublikasının telekommunikasiya məkanına qanunsuz müdaxilə və nəticə etibarilə, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması deməkdir.

Rusiya şirkətinin “bu kimi fəaliyyəti Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyən və hörmət edən Rusiya Federasiyasının rəsmi mövqeyinə də ziddir”, deyib Azərbaycan XİN rəsmisi.

Hikmət Hacıyev Beeline-nın bu kimi fəaliyyətinin, biznes etikası və korporativ sosial məsuliyyət baxımdan, onun mobil rabitə xidmətlərindən istifadə edən azərbaycanlı müştərilərə münasibətdə “hörmətsizlik” kimi qiymətləndirib.

O, Beeline ilə əlaqədar olan məsələnin Beynəlxalq Telekommunikasiya İttifaqı və digər müvafiq beynəlxalq təşkilatlar çərçivəsində də müzakirəyə çıxarılacağını bəyan edib.

Beeline Ermənistanda 2006-cı ildən fəaliyyət göstərir. Həmin il Rusiyanın VimpelСom şirkəti ArmenTel Ermənistan telekommunikasiya şirkətini alıb və Beeline ticarət nişanı altında rabitə xidmətləri təqdim etməyə başlayıb.

Dağlıq Qarabağ ərazisində fəaliyyət göstərən yeganə mobil rabitə operatoru Karabakh Telecom-dur və Beeline-nın Qarabağda heç bir fəaliyyəti yoxdur, media nümayəndələrinə tanınmamış Dağlıq Qarabağ Respublikası hökumətinin mətbuat katibi Artak Beqlaryan bildirib.

“Başqa ölkələr kimi, rouminq vasitəsilə Karabakh Telecom-un əhatə etdiyi məkanda Ermənistanda fəaliyyət göstərən VivaCell, Orange və ArmenTel operatorlarının mobil telefon nömrələrinə də zəng etmək mümkündür. Başqa əməkdaşlıq yoxdur, - o deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm