Dağlıq Qarabağda qanunsuz turizm layihəsi
Bizi izləyin

Nida.az

Dağlıq Qarabağda qanunsuz turizm layihəsi

Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İspaniyanın paytaxtı Madrid şəhərinə səfəri çərçivəsində nazir BM Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş katibi Taleb Rifai ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzusu Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində turizm layihələrinin həyata keçirilməsindən yaranan narahatlıq olub. Nazir Əbülfəs Qarayev bildirib ki, növbəti iclaslarda bu məsələ ciddi müzakirə olunacaq.

Görüşdə bu il mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə təşkil ediləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri müzakirə edilib. Keçiriləcək sessiyanın qaydaları, tərəfdaşlıq məsələləri, Azərbaycanın beynəlxalq layihələrdə iştirakı da söhbət zamanı diqqət mərkəzində olub. Görüş zamanı Ümumdünya Turizm Təşkilatı və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikasının Hökuməti arasında üzv ölkədə turizm kadr potensialının gücləndirilməsi sxemi üzrə ekspertin təqdim olunması barədə saziş imzalanıb.

Xatırladaq ki, sammitin ilk günü mədəniyyət və turizm naziri BMT ÜTT tərəfindən təşkil olunan, dünyanın turizm nazirləri və qabaqcıl korporasiya və şirkətlərinin rəhbərləri arasında “dəyirmi masa” formatında görüşdə iştirak edib. O, ölkəmizin turizm imkanları, Ümumdünya Turizm Təşkilatına üzv ölkələrlə sıx əməkdaşlıq mövzusunda çıxış edib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm