Bu dəfə Müsavat meriyaya “yox” dedi: “Yürüşdə israrlıyıq”
Bizi izləyin

Nida.az

Bu dəfə Müsavat meriyaya “yox” dedi: “Yürüşdə israrlıyıq”

Müsavat Partiyası yürüş keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yenidən müraciət edə bilər.


Bunu Publika.az-a açıqlamasında partiyanın Təşkilat Komitəsinin sədri Razim Əmiraslanlı deyib.


Onun sözlərinə görə, Müsavat partiyası BŞİH-nin mitinq təklifini qəbul etmir: “Meriya hələlik rəsmi cavabı bizə göndərməyib. Amma mənimlə görüşdə yürüşə icazə verilmədi. Əvəzində mitinqin keçirilməsi təklif olundu. Partiyada bu təklif müzakirə olundu. Lakin qəbul olunmadı”.


R. Əmiraslanlı qeyd edib ki, yürüşlə bağlı BŞİH-yə yenidən müraciət olunmayıb.


“Yürüş keçirmədə israrlıyıq. Bununla bağlı hələlik müraciət olunmayıb. Yəqin ki, növbəti həftədə məsələ yenidən müzakirə olunacaq”, - deyə o bildirib.


Qeyd edək ki, Müsavat Partiyası aprelin 19-da metronun “20 Yanvar” stansiyasından “Məhsul” stadionuna qədər yürüş keçirməyə icazə verilməsi üçün BŞİH-yə müraciət edib. BŞİH isə yürüşün nəqliyyatın hərəkətinə mane yaradacağını əsas gətirərək, əvəzində “Məhsul” stadionunda mitinq keçirməyi təklif edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm