Qamət Süleymanovun mühafizəçisi Əfqanıstana necə gedib?
Bizi izləyin

Nida.az

Qamət Süleymanovun mühafizəçisi Əfqanıstana necə gedib?


Əbu-Bəkr məscidinin imamı Qamət Süleymanov Publika.Az -a müsahibəsində haqqında deyilən ittihamlar və dini müstəvidəki son durumla bağlı danışıb.

-Əbu-Bəkr məscidinin yenidən istifadəyə verilməsi ilə bağlı hansısa irəliləyiş varmı?

-Neçə il bundan əvvəl qanun çərçivəsində məhkəmələrə müraciət etdik. Məhkəmə qərar çıxardı ki, məscid hələlik tam istifadəyə verilməsin. Məsləhət bilmədilər. Ona görə də bu məsələ hələlik qalır.

-Sələfi camaatı hazırda əsasən hansı məscidlərə toplaşırlar?

-Harda namaz qılmağa imkan var ora gedirlər. Əsasən Qaraçuxur, Göy Məscid və İlahiyyat məscidlərində namaz qılırlar.

-Bu günlərdə mətbuatda vaxtilə sizin köməkçiniz olmuş şəxsin Əfqanıstanda öldürüldüyü xəbəri yayıldı.

-O mənim köməkçim olmayıb. Sadəcə bir müddət qardaşlar məsləhət gördülər ki, yanımda mühafizəçi olsun. İndi də israrla yanımda mühafizəçimin olmağını istəyirlər, amma mən razı deyilən. O zaman həmin adamı göstərdilər, dedilər ki, heç olmasa, yaxınında bir nəfər olsun. Onun əqidəsini bilmirdik. Bir- iki ay mənim yanımda gəzdi. Müəyyən oldu ki, cihad fikirli adamdır. Mən də yanımdan uzaqlaşdırdım. Bir müddət sonra eşitdik ki, Əfqanıstandadır, sonda da öldürüldüyü xəbəri yayıldı.

Belə fikirdə olanlar üçün fərqi yoxdur, harda döyüş var, orda iştirak edirlər. İstər Əfqanıstan, istər Suriya.

-Həmçinin yeznənizin də sizin əqidədən olmadığı deyilir.

-Yeznəm dəfələrə deyib k, bu, yalandır. Bunlara inanmayın, belə məlumatlar sadəcə şaiyələrdir.

-Maraqlıdır ki, Ukraynada toqquşmalar zamanı sələfi əqidəli çeçen mücahidlərin də Yanukoviçə qarşı vuruşduğu haqqında məlumatlar yayıldı. Bu nə dərəcə doğru ola bilər.

-Belə şeylərin hamısı cəfəngiyat, boş söhbətlərdir. Ukraynada olanlar haqqında çox məlumatım yoxdur, dəqiq heç nə deyə bilmərəm. Lakin indi elədir ki, kim nə gəldi danışır. Elə saytlar ortaya çıxıb ki, cəmiyyətdə heç kəs oxumur, onlar da tanınmaq, oxunmaq üçün belə şaiyələr yayırlar.

-Özlərini sələfi kimi təqdim edən sosial şəbəkələrdə bir neçə profil ölkədə şiələrə qarşı çağırışlar etdi, hətta şiə qızlarının zorlanmasını belə məqbul göstərdilər. Bu çağırışlarla bağlı nə deyə bilərsiniz?

-Bu, ağılsız hərəkətlədir. Bu çağırışları sələfi camaatı yaymayıb. Bunu yayanlar ya təkfirçilərdir, ya da Allah bilir kimlərdir. Məqsəd təxribat yaratmaqdır. Hazırki durumdan istifadə edərək məzhəblərarası qarşıdurma salmaq istəyirlər. Ola bilsin ki, başqa ölkələrin adamlarıdır, internetdə oturub istədiklərini yazırlar.

Azərbaycanda məzhəblərarası qarşıdurma, münaqişə yoxdur. Amma məzhəblər arasında bir-birinə qarşı paxıllıq var. Lakin bu, qabardılmış şəkildə deyil.

-Olubmu ki, şiə icmasının axundları ilə hansısa məsələni oturub bir masada müzakirə edəsiniz?

-Xeyr, olmayıb. Çünki buna ehtiyac görməmişik.

-Belə bir ehtiyac olarsa, bir masa ətrafında oturmaq mümkündürmü?

-Mən balaca adamam. Adi məscidin imamıyam. Ölkədə dini qurumlar, idarələr var. Belə məsələlərə onlar baxırlar. Əgər belə bir konfrans təşkil etsələr, mən də iştirak edərəm. Amma məni heç bir konfransa dəvət etmirlər. Belə bir şey olsa, mən etiraz etmərəm. Çünki biz məzhəblərarası münaqişələrə, qızışdırıcı mövqelərə qarşıyıq. Bu, ancaq ölkəyə zərbə vurmaq istəyənlərə fayda verir.

-Suriyada döyüşənlər oradakı müharibəni cihad hesab edirlər və bunu din alimlərinin fətvası adlandırırlar.

-Belə fətva verənlər mötəbər adamlar deyillər. Əsas alimlər belə fətva verməyiblər. Onlar bunun əksinə olaraq deyirlər ki, Suriyada cihad yoxdur.

-Belə fətva verən alimlər də xəvariclərdir?

-Bunu deyənlər də ola bilsin ki, bu fikrə meylli adamlardır.

-Suriyada öldürülən azərbaycanlının həyat yoldaşı danışdı və sizin, Əlixan Musayevin, eləcə də Abuzər ləqəbli birinin adını çəkdi.

-Mənim mövqeyim açıq və aydındır. Qalan şeyləri onlardan soruşun.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm