Nida.az
Bahar Muradova: "Beynəlxalq dairələr Ermənistana heç bir təzyiq göstərmirlər"
Bu gün Azərbaycanı münaqişəni sülh yolu ilə, güc tətbiq etmədən
həll etməyə çağıran beynəlxalq dairələr Ermənistana heç bir təzyiq
göstərmirlər. Trend xəbər verir ki, bunu bu gün Yeni Azərbaycan
Partiyasının (YAP) beynəlxalq əlaqələr komissiyası tərəfindən
Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilən tədbirdə çıxışı
zamanı Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
Tədbirin keçirilməsində məqsəd Xocalıda insanlığa qarşı yönəlmiş bu soyqırımı dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycana qarşı yönəlmiş işğalçılıq siyasətinə münasibət bildirməkdir.
B.Muradovanın sözlərinə görə, Xocalı soyqırımı məsələsi son
illərdə həm dövlət qurumları, parlament, həm də QHT-lər tərəfindən
müxtəlif ölkələrdə və beynəlxalq təşkilatlarda qaldırılır və
bununla bağlı müvafiq qərarlar qəbul edilib.
Vitse-spiker bildirib ki, Xocalı sakinləri yalnız azərbaycanlı
olduqları üçün ermənilər tərəfindən qətlə yetiriliblər: "Biz ən
müxtəlif səviyyələrdə bu məsələni qaldırırıq. Ermənistan bugünədək
beynəlxalq hüquq normalarını pozmaqda davam edir".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Xocalı faciəsini
törətmiş şəxslər ədalət məhkəməsi qarşısına çıxarılmalıdırlar: "Bu
soyqırımı törətmiş bütün günahkarlar əməllərinə görə cavab
verməlidirlər. Lakin Xocalı faciəsi elə bir yaradır ki, onu
törədənlər ədalət məhkəməsinə çıxarılıb cəza alsalar belə, bu yara
unudulmayacaq, sağalmayacaq".
S.Seyidov bildirib ki, Azərbaycan Prezidenti Xocalı məsələsini daim
diqqətdə saxlayır və qiymət verir. Xocalı faciəsinin dünyaya
tanıtdırılması istiqamətində işlər aparılır.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub