Millət vəkili Gömrük Komitəsinin fəaliyyətini təqdir etdi
Bizi izləyin

Nida.az

Millət vəkili Gömrük Komitəsinin fəaliyyətini təqdir etdi

Millət vəkili Bəxtiyar Əliyev Milli Məclis iclasında növbəti dəfə Dövlət Gömrük Komitəsi ilə bğlı məsələ qaldırıb.

Teleqraf.com-un xəbərinə görə, ötəndəfəki çıxışında Gömrük Komitəsinin işini tənqid edən deputat bu dəfə fərqli mövqedən çıxış edib. Dediyinə görə, onun fikirlərinə rəsmi şəxslər tərəfidnən aydınlıq gətirilib, sorğusuna cavab göndərilib: “Dövlət Gömrük Komitəsinin saytındakı rəqəmlər hər kəsə açıqdır. Burada xarici ticarət dövriyyəsi, malların strukturu haqqında məlumatlar verilib. İndiyə kimi heç bir dövlətin rəsmi təşkilatından ordakı rəqəmlərin qeyri-dəqiq olması ilə bağlı irad daxil olmayıb. Deməli, bu rəqəmlər həqiqəti əks etdirir. Kimlərinsə bu məsələ ilə bağlı manipulyasiya etmək istəyi düzgün deyil”.

Bəxtiyar Əliyev qed edib ki, Gömrük Komitəsi öz hesablamalarını xüsusi metodologiya əsasında aparır. Və bu əməliyyatlar dövlətin siyasətinə, onun tərəfdar çıxdığı, qoşulduğu konvensiyalarla müəyyənləşir: “Bu məsələlərlə bağlı yanlış firkilərə yer vermək olmaz. İqtisadiyyatımız günü-gündən inkişaf edir. İş olan yerdə, ona fərqli gözlə baxanlar da olacaq. Amma ən obyektiv olanı işin ən düz tərəfidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm