Simferopolda toqquşmalar zamanı zərərçəkənlər arasında azərbaycanlılar yoxdur
Bizi izləyin

Nida.az

Simferopolda toqquşmalar zamanı zərərçəkənlər arasında azərbaycanlılar yoxdur

Simferopolda toqquşmalar zamanı zərərçəkənlər arasında azərbaycanlılar yoxdur. Bu barədə cümə axşamı Trend-ə Krım Azərbaycan Cəmiyyətinin sədri Rahim Hümbətov bildirib.

R.Hümbətov deyib: "Krım Muxtar Respublikasının Ali Şurasının binası yanında mitinq iştirakçıları arasında Ukrayna vətəndaşları olan azərbaycanlılar da olub. Əldə olan məlumatlara görə, toqquşmalar zamanı onlardan heç biri xəsarət almayıb. Ukraynadakı Azərbaycan diasporunun rəhbərliyi mümkün təhlükələr haqqında həmvətənləri xəbərdar edib və diqqətli olmağa, insanların kütləvi şəkildə toplaşdıqları yerlərə getməməyə çağırıb".

Bundan əvvəl Azərbaycanın Ukraynadakı səfirliyi də oxşar tövsiyələrlə çıxış etmişdi.Cəmiyyət sədrinin sözlərinə görə, hazırda Krım Muxtar Respublikasının ərazisində 8-10 min azərbaycanlı yaşayır.

2014-cü il fevralın 25-də Krım sakinləri Ukraynanın yeni hakimiyyətinə qarşı müddətsiz mitinqə başlayıblar. Onlar Krımın ayrılması haqqında referendum keçirməyi tələb ediblər. Lakin Krım tatarları Krımın Ukraynanın tərkibindəki taleyi haqqında başqa fikirdədirlər. Tərəflər fevralın 26-da Krım Ali Şurasının binası yanında toplaşaraq öz münasibətlərini aydınlaşdırmağa və lokal toqquşmalara davam ediblər. Yerli milisin hesablamalarına görə, toqquşmalarda üç minə yaxın Krım tatarı və bir neçə yüz Rusiyayönümlü fəal iştirak edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm