Nida.az
Prezident yeni təyin olunmuş səfirlərin etimadnaməsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
aprelin 19-da Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevin
etimadnaməsini qəbul edib.
Səfir Beybit İsabayev fəxri qarovul dəstəsinin qarşısından
keçdi. Beybit İsabayev etimadnaməsini Prezident İlham Əliyevə
təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Xalqlarımız arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin
mövcud olduğunu bildirən dövlətimizin başçısı müasir dövrdə
ikitərəfli münasibətlərimizin müttəfiqlik səviyyəsinə qalxdığını
məmnunluqla qeyd etdi. Siyasi əlaqələrimizin yüksək səviyyədə
olduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq
təşkilatlar çərçivəsində bir-birini dəstəklədiyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan ilə Qazaxıstanın mühüm birgə
iqtisadi, enerji, nəqliyyat layihələrini həyata keçirdiyini deyərək
bütün bunların əməkdaşlığımızın potensialının daha da
gücləndirilməsi işinə xidmət etdiyini bildirdi. Prezident İlham
Əliyev Xəzərin statusunun müəyyənləşdirilməsi və Xəzər hövzəsində
əməkdaşlıqla bağlı Azərbaycan ilə Qazaxıstan arasında tam
qarşılıqlı anlaşmanın olduğunu diqqətə çatdırdı.
Dövlətimizin başçısı Beybit İsabayevin səfir kimi fəaliyyəti
dövründə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə və
ölkələrimizin regional əməkdaşlığın və təhlükəsizliyin təmin
edilməsi istiqamətində birgə səylərinin daha da artırılacağına
ümidvar olduğunu dedi.
Səfir Beybit İsabayev Qazaxıstan Respublikasının Prezidenti
Nursultan Nazarbayevin salamlarını dövlətimizin başçısına çatdırdı.
Qazaxıstan ilə Azərbaycan arasında mövcud olan dostluq və qardaşlıq
əlaqələrinin ən yüksək səviyyədə bundan sonra da inkişaf edəcəyinə
ümidvar olduğunu bildirən səfir Beybit İsabayev fəaliyyəti dövründə
əlaqələrimizin genişləndirilməsi istiqamətində səylərini
əsirgəməyəcəyini dedi.
Dövlətimizin başçısı Prezident Nursultan Nazarbayevin salamlarına
görə minnətdarlığını bildirdi, onun da salamlarını Qazaxıstan
dövlətinin başçısına çatdırmağı xahiş etdi.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da
Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Nquyen Than Şonun etimadnaməsini
qəbul edib.
Səfir Nquyen Than Şon fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Nquyen Than Şon etimadnaməsini Prezident İlham Əliyevə təqdim
etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasına ötənilki
səfərini, orada Azərbaycan nümayəndə heyətinə göstərilən yüksək
qonaqpərvərliyi və aparılan səmərəli müzakirələri məmnunluqla
xatırladı. Yüksək səviyyəli qarşılıqlı təmasların ölkələrimiz
arasında əlaqələrin dinamik və uğurlu inkişafının göstəricisi
olduğunu deyən Prezident İlham Əliyev mövcud əlaqələrin
səviyyəsinin razılıq doğurduğunu qeyd etdi. Prezident İlham Əliyev
səfirin fəaliyyətinin ikitərəfli münasibətlərin gücləndirilməsi
işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.
Səfir Nquyen Than Şon Vyetnam Sosialist Respublikasının Prezidenti
Truonq Tan Sanqın salamlarını və ən xoş arzularını Prezident İlham
Əliyevə çatdırdı. Nquyen Than Şon ölkəsinin Azərbaycan ilə dostluq
və əməkdaşlıq əlaqələrinin gücləndirilməsində və daha da inkişaf
etdirilməsində maraqlı olduğunu qeyd etdi. Prezident İlham Əliyevin
Vyetnama səfərinin onlarda xoş təəssürat yaratdığını deyən səfir
ölkəsində ulu öndər Heydər Əliyevi və onun rəhbərliyi dövründə
Azərbaycanın əldə etdiyi uğurları çox gözəl xatırladıqlarını
bildirdi.
Dövlətimizin başçısı İlham Əliyev Vyetnam Prezidenti Truonq Tan
Sanqın salamlarına və ən xoş arzularına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Vyetnam Prezidentinə çatdırmağı xahiş
etdi.
-
Kriminal18:21
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi
-
Sosial16:15
Bu o demək deyil ki, yaxşı işləri dəyərləndirməməliyik - İsa Qəmbər
-
Maraq dünyası15:10
"Ferrari" ən güclü avtomobilini təqdim etdi - ŞOK QİYMƏT
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı