Nida.az
Müsavat qərargahına giriş qadağandır? – Arif Hacılıdan şok qərar
Müsavat Partiyasının rəhbərliyi Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatında təmsil olunan üzvlərinin qərargaha girişinə qadağa qoyub.
Publika.az xəbər verir ki, bu barədə ADR-də təmsil
olunan Müsavat üzvü Xeyrulla Balaxanlı deyib.
Onun sözlərinə görə, qərargaha girmək üçün rəhbərlikdən icazə almaq
tələb olunur.
ADR üzvü, Müsavatın Suraxanı rayon təşkilatının sədri Rövşən
Dəmirli Publika.az-a açıqlamasında onda da bu haqda informasiya
olduğunu deyib.
“Əgər bu doğrudursa, bunu sadəcə biabırçılıq adlandırmaq olar. Biz
Müsavat Partiyasını ümumxalq partiyası hesab edirik, hər kəsin
məbədi, qibləgahı sayırıq. Ora üzv olmayan şəxslər, yaxud ADR-də
təmsil olunan üzvlər buraxılmırsa, bu, böyük Rəsulzadənin ruhuna
hörmətsizlikdir”, - deyə o bildirib.
Bir müddət əvvəl Müsavat Partiyasından çıxarılan ADR İdarə
Heyətinin üzvü Səxavət Əlisoy isə məsələyə ironik yanaşıb.
Onun sözlərinə görə, Arif Hacılı qərargaha girişi pullu etməlidir:
“Məlumatlara görə, Arif Hacılı Müsavatın qərargahına “icazəsiz
girilməz” əmri verib. Bəzilərini, bəlkə də, bu əmr təəccübləndirir.
Lakin adam düz hərəkət edir. Çünki Müsavatın qərargahını ona 4
illiyə icarəyə veriblər, şəxsi təsərrüfata da yalnız təsərrüfatın
üzvləri daxil ola bilər. Bir az da başlarını işlətsələr, maddi
durumlarını da düzəldə bilərlər. Yəni, girişi pullu etsələr,
imkanlı müsavatçılar və gözləri hələ də Müsavatın qapısında qalan
ADR-çilərin sayəsində ən azı texniki problemlərini həll edərlər.
Obyekti səmərəli işlətmək lazımdır”.
Müsavat Partiyası Təşkilat Komitəsinin sədri Razim Əmiraslanlı
Publika.az-a açıqlamasında məlumatı təkzib edib.
“Bunu deyənlər yalan danışır. Sadəcə olaraq, belə informasiyalarla
yanlış rəy formalaşdırmağa cəhd edirlər. Amma partiyada rəsmi,
yaxud qeyri-rəsmi belə bir qərar yoxdur”, - deyə o, təkzibində qeyd
edib.
Asif Nərimanlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB