Qüdrət Həsənquliyev: “Qarsda, Vanda, Ərzurumda, İqdırdakı kütləvi məzarlıqlar kimindir?”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Qarsda, Vanda, Ərzurumda, İqdırdakı kütləvi məzarlıqlar kimindir?”

Türkiyənin Baş naziri Əhməd Davudoğlunun ermənilərə başsağlığı verməsi və aprelin 24-də erməni kilsəsində keçiriləcək “anım mərasimi”ndə iştirak edəcəyini bildirməsi Azərbaycanda birmənalı qarşılanmayıb.


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında bildirib ki, erməni kilsəsində keçiriləcək dini mərasimdə 24 aprel “soyqırımı günü” kimi qeyd olunacaq və Türkiyənin baş nazirinin bu mərasimdə iştirakı qondarma “erməni soyqırımı”nın AKP hökuməti tərəfindən etiraf olunması kimi qiymətləndiriləcək: “Şübhəsiz ki, bu, onların qərarıdır, özləri bilər. Lakin önəmli olan başqa bir məqam da var:

AKP hökuməti nə üçün ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirilən türklərin və digər müsəlmanların xatirəsinin anılması üçün mərasim keçirmir? Görəsən, Qarsda, Vanda, Ərzurumda, İqdırda və digər tarixi türk torpaqlarında az qala hər addımda rast gəlinən kütləvi məzarlıqlar kimindir? Məgər bu cinayətləri ermənilər törətməyiblər? Ola bilsin ki, kimlərsə məsələnin mahiyyətinə varmadan, Çanaqqala savaşının 100 illiyi ilə bağlı keçiriləcək tədbirləri örnək gətirsin. Amma qeyd edim ki, Çanaqqala savaşının 100 illiyinin qeyd olunmasının ermənilər tərəfindən qətlə yetirilən türklərin xatirəsinin anılmasına heç bir aidiyyəti yoxdur. Çanaqqala savaşında şəhid olan babalarımız ingilislərə və fransızlara qarşı vuruşublar. Davudoğlunun son açıqlaması onu göstərir ki, AKP hökuməti hakimiyyətdə qalmaq üçün ermənilərin və xarici güclərin təzyiqlərinə boyun əyməkdən başqa yol tanımır. Nə etmək olar... Bizə yalnız təəssüflənmək qalır”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm