Nida.az
AŞ-ın baş katibi azərbaycanlı əsirlərdən danışdı
“Əsirlikdə olan Azərbaycan vətəndaşlarının azad edilməsi üçün çalışırıq. Ancaq indi konkret hansı işlərin görüldüyünü desəm, prosesin yubana biləcəyindən ehtiyat edirəm”.
Musavat.com xəbər verir ki, Avropa Şurasının baş katibi Torbörn Yaqland bu sözləri Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sualına cavab verərkən deyib.
Baş katibin deputatların suallarına cavab verməsi praktikası AŞPA-da ilk dəfə yaşanıb. Sessiyanın gedişində 10 deputata baş katibə sual vermək imkanı yaradılıb.
Azərbaycan təmsilçisi Qənirə Paşayeva Ermənistanda əsirlikdə olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün hansı işlərin görüldüyü və nəticələrin nə zaman bilinəcəyi ilə maraqlanıb.
Torbörn Yaqland deyib ki, bu məsələ onun davamlı nəzarətindədir: “Əsirlərlə bağlı durumu davamlı olaraq izləyirəm. Onların azad edilməsi üçün çalışmalarımız davam edir. Ümid edirəm ki, biz bu məsələdə razılıq əldə edəcəyik. Bütün detalları açıq deməyə çətinlik çəkirəm. Ancaq bilin ki, bu, bizi narahat edən məsələdir”.
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO