Nida.az
"ABŞ Dövlət Departamentinin hesabatını şişirtmək lazım deyil" - Rəsmi münasibət
"Nəzəri formalar hər yerdə irəli sürülə bilər, hansısa süni
kriteriyalar yaradıla bilər. Amma istənilən halda, istər insan
hüquqları, istər iqtisadi məsələlər olsun, reallıqları nəzərə almaq
lazımdır". Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər
nazirinin müavini Araz Əzimov ABŞ Dövlət Departamentinin İnsan
haqları hesabatında Azərbaycanla bağlı yer alan fikirləri şərh
edərkən jurnalistlərə bildirib.
A.Əzimov deyib ki, ikincisi,hər bir məsələyə müəyyən zaman
çərçivəsində yaxınlaşmaq lazımdır və mövcud vəziyyəti ondan əvvəlki
vəziyyətlə müqayisədə dəyərləndirmək və beləliklə, inkişafı
dəyərləndirmək lazımdır: "Üçüncüsü, istənilən halda hər bir
cəmiyyətin öz xüsusiyyətləri var. Bunu da nəzərə almaq lazımdır.
Digər tərəfdən, nəyi sə təbliğ, yaxud tədris edən bir tərəf, yaxud
şəxs özü əvvəl buna uyğun olmalıdır. Hesabatda məruzələri
hazırlayan mənbələri də nəzərə almaq lazımdır və heç bir vəchlə
deməzdim ki, mənbələr hər bir zaman obyektiv hesab oluna
bilər".
A.Əzimov bildirib ki, Azərbaycanda həm hökumət, həm də
qeyri-hökumət təşkilatları insan hüquqları ilə məşğuldur:
"Fondlardan tutmuş şuralara qədər hökumətin QHT-lərlə əməkdaşlıq
etmək üçün kifayət qədər mexanizmləri var".
XİN rəsmisi deyib ki, hesabatda Azərbaycanla bağlı qeyd olunan məsələlər hökumət tərəfindən araşdırılır, qiymətləndirilir. Ancaq bu məsələni şişirtmək lazım deyil.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!