Sergey Balmasov: “Azərbaycanı İŞİD-lə müharibəyə qoşmaq istəyirlər” – ÖZƏL
Bizi izləyin

Nida.az

Sergey Balmasov: “Azərbaycanı İŞİD-lə müharibəyə qoşmaq istəyirlər” – ÖZƏL

“Səhnəarxası güclər Azərbaycan və Rusiyanı İŞİD-ə qarşı müharibəyə qoşmaq istəyir”.


Bunu Publika.az-a açıqlamasında Problemli Analiz Mərkəzinin (PAM) baş analitiki Sergey Balmasov deyib.


Onun sözlərinə görə, İŞİD-in qərargahını Qafqaza köçürməsi haqda informasiyaların yayılması bu kontekstdə diqqət çəkir: “Bu, növbəti variantlardan biri hesab oluna bilər. Həqiqətən də, İŞİD rəhbərliyi Qafqazı öz fəallığının növbəti məkanı kimi görmək istəyir. Bununla yanaşı, belə bir informasiya səhnəarxası güclərin manipulyasiyası da ola bilər. Yəni, belə manipulyasiyalarla onlar Azərbaycan və Rusiyanı İŞİD-ə qarşı müharibəyə qoşmağı düşünürlər”.


S. Balmasov İŞİD-in Qafqaz regionunda aktivləşmə riskinin kifayət qədər böyük olduğunu da deyib.

“Rusiya üçün Şimali Qafqaz, Azərbaycan üçün isə radikal meyillərin çox olduğu rayonlar təhlükəlidir. Radikallar Rusiya və Cənubi Qafqazda gənclərin məşğulluğunun zəif olmasından yetərincə istifadə edə bilir. İŞİD-in təhlükə yaratdığı digər Qafqaz ölkəsi Gürcüstandır. Pravoslav Gürcüstanda bu qruplaşmanın sosial bazası məhdud olsa da, əhalinin çeçen qruplarında əvvəldən mövcud olan radikal əhvali-ruhiyyə İŞİD-in əsas hədəfi ola bilər”, - deyə o bildirib.

S. Balmasov hesab edir ki, son vaxtlar “Əl-Qaidə” qruplaşmasından İŞİD-ə axının müşahidə olunması Qafqaz üçün təhlükəni daha da genişləndirir:
“Biz son vaxtlar “Əl-Qaidə”dən İŞİD-ə axını müşahidə edirik. Bu mənada, daha çox “Əl-Qaidə”yə bağlı olan “Qafqaz əmirliyi”nin İŞİD bayrağı altına keçməsi qanunauyğunluq olardı. Belə olacağı təqdirdə, onun resursları daha da genişlənəcək və təhlükə artacaq”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm