Gürcüstan dilemma qarşısında – təhlükə və şans
Bizi izləyin

Nida.az

Gürcüstan dilemma qarşısında – təhlükə və şans

Gürcüstan qondarma “erməni soyqırımı”nı tanımasa da, aprelin 24-də İrəvana nümayəndə heyəti göndərəcək.


Publika.az xəbər verir ki, Gürcüstanın “Rezonans” nəşri rəsmi Tiflisin bu addımını təhlükəli və şanslı olaraq şərh edib.


“Burda Gürcüstan iki yol ayrıcında qalıb. Birincisi, yüksək nümayəndə heyətini İrəvana göndərməklə rəsmi Tiflis partnyorları olan Türkiyə və Azərbaycanı incidə bilər. Bu təhlükəlidir. İkincisi, həmin vaxt İrəvanda olacaq Rusiya prezidenti Vladimir Putinlə görüşmək ehtimalı var. Bu şansdır”, - deyə nəşr yazıb.


Gürcüstanın Diplomatik Akademiyasının rektoru Soso Sinsadze nəşrə açıqlamasında bildirib ki, “tarixi ehtiyatlılıqla” hərəkət etmək lazımdır: “Tiflis ciddi şəkildə səhnəarxası prosesə hazırlanmalıdır. Təbii ki, İrəvandan Rusiya-Gürcüstan dialoqunu başlamaq unikal şansdır. Lakin Tiflis İrəvana Baş nazir, yaxud xarici işlər nazirliyi səviyyəsində getmirsə, getməmək daha yaxşıdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm