Nida.az
“518 min 301 türk məscidlərdə yandırıldı” – Ermənilərin Osmanlıya xəyanət sənədi ortaya çıxdı
“Dünya qondarma “erməni soyqırımı”ndan danışarkən, ermənilərin qətlə yetirdiyi 518 min 301 türkün adını belə bilmir. Minlərlə uşaq samanlıqlarda, məscidlərdə yandırıldı. Papa və Qərb nə üçün qətlə yetirilən türklərdən danışmır?”
Publika.az xəbər verir ki, Türk Tarix Qurumunun
keçmiş sədri Yusuf Halaçoğlu deyib.
Onun sözlərinə görə, 1922-ci ilin statistikasında dünyada
ümumilikdə 3 milyon 4 min erməninin olduğu qeyd olunur: “Bunların
da cəmi 624 mini Türkiyədə yaşayırdı. Necə olur ki, 1,5 milyon
erməninin öldürüldüyü deyilir? Ermənilər Osmanlı torpaqlarını işğal
edən fransızlarla işbirliyində idi”.
ABŞ və Fransa arxivlərində araşdırmalar aparan Y. Halaçoğlu
ermənilərin çirkin iddialarının yalan olduğunu deyib.
“O zaman yaşanan qarışıqlıqda bir sıra soyğunlar olmuşdu. Misal
üçün, ermənilərin mallarını soyan Sirozlu Çerkez Ahmet bin Recep və
Dersaadetli Halil bin Mehmet Ali adlı şəxslər məhkəmə qarşısında
çıxarılaraq edam olundu. Onlar sadəcə ermənilərin mallarına zərər
vermişdi və bunun cəzası olaraq edam olundular. Ortada hər-hansı
bir öldürmə olmadığına rəğmən, Osmanlı dövləti soyğunçulara edam
cəzası verdi. Sənədlər hər hansı soyqırımın olmadığını göstərir”, -
deyə o bildirib.
Türkiyəli tarixçi qeyd edib ki. ABŞ-ın həmin dövrdə Suriya-Hələb
konsulluğunun arxivindən çıxarılan 1916-cı ilə aid bir sənəddə
Osmanlı sərhədləri daxilində yaşayan 486 min erməniyə verilən
yardımların siyahısı var: “Dövlət, sosial yardım təşkilatları və
xeyirsevər vətəndaşlar bu qədər erməniyə kömək etmişdi. Hələbdəki
sənədlərdə ermənilərə qarşı hər hansı bir pis münasibət olmadığını,
əksinə, yardımlar edildiyi görünür. Fransız arxivlərində isə
Osmanlıya qarşı çıxan Fransaya 150 min erməninin dəstək verdiyi
açıq şəkildə göstərilir. Bu, xəyanəti açıq göstərən
sənədlərdir”.
Asif Nərimanlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB