Nida.az
BAXCP "Türk əsgəri"ni ziyarət edəcək
BAXCP aprelin 24-də saat 11:00-da Bakının və Azərbaycanın digər ərazilərinin erməni hərbi birləşmələrindən azad olunması zamanı həlak olan türk əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edəcək.
Bu barədə Publika.az-a açıqlamasında BAXCP sədrinin ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı məlumat verib.
Onun sözlərinə görə, BAXCP 2007-ci ildən bu günə qədər abidəni
ziyarət edir: “BAXCP hesab edir ki, aprelin 24-ü Xilaskar Türk
Əsgərlərinin Anım Günü kimi qeyd olunmalıdır. Bu səbəbdən də BAXCP
artıq 7 ildir ki, Türk Əsgəri Abidəsinə əklil qoyur və onu ziyarət
edir. Bu il həm də Çanaqqala zəfərinin 100 illiyi olduğu üçün BAXCP
siyasi təşkilatları, ictimaiyyət nümayəndələrini bu tədbirə
qatılmağa dəvət edir. Sabah ziyarətdən sonra BAXCP Ali Məclisinin
sessiyasında Çanaqqala səfərinin 100 illiyi ilə bağlı tarixçi alim
Vaqif Abışov geniş məruzə ilə çıxış edəcək. Artıq bu məsələ
sessiyanın gündəliyinə də salınıb. Biz bunu bir mənəvi borc
bilirik. Çanaqqala zəfəri tək Anadolu türklərinin tarixi qələbəsi
deyil, o həmçinin bütün türk dünyasının qələbəsidir. Bizlər də bu
qələbəni birgə qeyd etməliyik”.
Asif
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!