Nida.az
İlham Əliyev “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq görülüb
Ankarada Türkiyənin bir çox nüfuzlu jurnalist təşkilatını öz sıralarında birləşdirən Media İxtisas Jurnalistləri Federasiyasının 2014-cü il üçün müəyyən etdiyi mükafatların təqdimatı ilə bağlı mərasim keçirilib.
Tədbirdə Türkiyə parlamentinin üzvləri, nüfuzlu siyasətçilər, elm
adamları, jurnalistlər, qeyri-hökumət təşkilatlarının rəhbərləri,
Ankarada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak
ediblər.
Media İxtisas Jurnalistləri Federasiyasının sədri Kənan Macit
bildirib ki, müxtəlif sahələr üzrə mükafatların sahibləri nüfuzlu
münsiflər heyəti tərəfindən müəyyən edilib.
Son illərdə bütün sahələrdə böyük uğurlar əldə edən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev “Beynəlxalq Dostluq və Sülh
Mükafatı”na layiq görülüb.
Qeyd edilib ki, Azərbaycan iqtisadi sahədə ciddi uğurlar qazanmaqla
yanaşı, beynəlxalq strateji tərəfdaşlıqla bağlı yeni sazişlər
imzalayaraq, sistemli və düşünülmüş xarici siyasət yürütdüyünü
nümayiş etdirir.
Azərbaycan Prezidentinin layiq görüldüyü nüfuzlu mükafat ölkəmizin
Ankaradakı səfirliyinin müşaviri Ceyhun Zeynalova təqdim
edilib.
Xatırladaq ki, “Beynəlxalq Dostluq və Sülh Mükafatı”na layiq
görülənlər arasında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və
Albaniyanın Baş naziri Edi Rama da var.
Mərasimdə Türkiyədə elm, siyasət, biznes, jurnalistika və digər
sahələrdə böyük uğurlar əldə edən nüfuzlu şəxslərə və qurumlara da
Federasiyanın mükafatları təqdim edilib.
AZƏRTAC
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?