Nida.az
“Erməni soyqırımına” böyük zərbə - Rusiyada
Rusiya Federasiyası Komi Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporunun müdaxiləsi ilə qondarma “erməni soyqırımının” 100 illiyinin keçirilməsinin qarşısı alınıb.
Bu barədə Publika.az-a Komidə fəaliyyət göstərən “Azərbaycan”
cəmiyyətinin sədri, Uxta şəhər şurasının üzvü Həsən Qasımov məlumat
verib.
Onun sözlərinə görə, Uxta şəhərində erməni diasporu qondarma
“erməni soyqırımının” 100 illiyinin təntənəli şəkildə respublika
səviyyəsində keçirilməsi üçün şəhər şurasında məsələ qaldırıb.
Lakin “Azərbaycan” cəmiyyətin və azərbaycanlı digər fəalların
məsələyə müdaxiləsindən sonra ermənilərə rəsmi olaraq rədd cavabı
verilib.
Həsən Qasımov bu cür tədbirlərin Komidə yaşayan xalqlar arasında
nifaq salmağa xidmət etdiyini bildirib. O, Roma Papasının mövqeyini
pisləyib və din xadimi üçün bağışlanılmaz səhv olduğunu bəyan
edib.
H. Qasımov Avropa Parlamentinin qondarma “erməni soyqırımı” ilə
bağlı qəbul etdiyi qətnaməni heç bir həqiqəti özündə əks etdirməyən
və I Dünya müharibəsinin real tarixi hadisələri təhrif edən qərar
olduğunu qeyd edib.
Qeyd edək, Komi Respublikasında Azərbaycan cəmiyyəti 1998-ci ildən
aktiv fəaliyyət göstərir.
Asif Nərimanlı
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR