Nida.az
Amerikalı tarixçi: “Türklər saxta “soyqırım” iddiasına fikir verməməlidir” – MÜSAHİBƏ
Ermənilər bu gün qondarma “soyqırımın” 100 illiyini qeyd
edirlər. Bunun tarix və beynəlxalq hüquq baxımından nə qədər saxta
olduğu faktı mövcud olsa da, hazırda dünya gücləri bundan siyasi
alət kimi istifadə edir.
Osmanlı ordusu və I Dünya müharibəsi üzrə hərbi tarixin ən mötəbər
araşdırmaçılarından olan amerikalı tarixçi Edvard Erikson isə
erməni iddialarının başdan-ayağa yalan olduğunu deyir.
Publika.az E. Eriksonun Türkiyə mediasına verdiyi
müsahibəni təqdim edir.
- O zaman əslində nə baş vermişdi?
- Osmanlı hökuməti 400 min ermənini yaşadıqları ərazilərdən bugünkü
Türkiyənin qərbindəki yerlərə köçürdü. Buna məcbur idilər.
Ermənilər əsasən Şərqdəki altı vilayətdə və ordunun kommunikasiya
xətləri olan yerlədə yaşayırdı. Hökumət və Osmanlı ordusu
ermənilərin rusları dəstəkləməsinin, daxildən mərkəzə qarşı qiyam
etməsinin qarşısını ala bilmirdi və bu ölkənin bütünlüyünü qorumaq
üçün atılan addım idi.
- Tarixi məlumatlara görə, osmanlılar erməni üsyanını
yatırtmaq üçün yeni üsula əl atıb.
- Osmanlı hökuməti ilk dəfə idi ki, baş verən üsyanı yatırtmaq
gücündə olan hərbi qüvvəyə malik deyildi. Ənənəvi olaraq Osmanlı
dövləti üsyanları ordunun gücü ilə yatırırdı. 1915-ci ilin
baharında isə ordu normal vəziyyətdə deyildi. Hərbiyə Nəzarət
Nazirliyi məcbur olaraq alternativ həll yolu tapmaq məcburiyyətində
qaldı. Həll yolu olaraq ermənilərin Şərq cəbhəsindən çıxarılması
seçildi. Bu variant Osmanlı dövləti üçün yeni idi. Lakin böyük
dövlətlər tərəfindən çox yayılmış həll yollarından biridir.
Misal üçün, İspaniya Kubada, Amerika Filippində, İngiltərə Boer Cümhuriyyətində köçürmə siyasətini aparıblar. Yəni 1915-ci ildə Osmanlı dövləti üsyanın qarşısını almaq üçün seçdiyi köçürmə yolu ilə təzə nəsə icad etməmişdi. Bu variant böyük dövlətlər tərəfindən I Dünya müharibəsindən əvvəlki dövrlərdə də istifadə olunmuşdu. Bir şeyi də unutmamalıyıq. Osmanlı dövləti erməniləri birdəfəlik köçürməmişdi. Müharibədən sonra evlərinə qayıtmalarını istəyirdi.
- Yəni ermənilər ruslarla birgə hərəkət etməsəydilər, köç
də olmazdı.
- Məncə, Andranik, Dro, Boqos Nubar kimi ermənilər ruslarla,
ingilis və fransızlarla yaxınlıq etməsəydilər, köç də olmazdı.
1914-cü ildə Osmanlı erməniləri dövlətin qanunlarına bağlı qalması
və dövlətə dəstək vermələrinin faydalı olduğunu düşünürdü. Lakin
bəzi təxribat meylliləri hər şeyi bərbad etdi. Mən siyasi,
humanizm, yaxud sosial araşdırmaçı yox, bir hərb tarixçisiyəm.
Hətta 1915-ci il erməni köçünü dünya müharibəsi ilə bağlı olduğunu müdafiə edən ilk hərbi tarixçiyəm. Düzdür, köç zamanı ermənilər itkilər verdi. Lakin bu hər hansı məqsədli qırğın, yaxud indi iddia olunduğu kimi “soyqırım” deyildi. Osmanlı zəifləmişdi və köçürülən erməniləri tam təmin edə bilmirdi. Eyni zamanda, həmin vaxt Osmanlı daxilində qarışıqlıq mövcud idi və quldur dəstələrinin də köçə hücum etdiyi zamanlar oldu. Lakin buna “soyqırım” demək tələsik qərardan başqa bir şey deyil.
Dediyim kimi, Qərbi Anadoluda erməni üsyançıları Osmanlı ordusunun kommunikasiya xətlərini bağlaya biləcək gücdə idilər. Bu, ruslara qarşı döyüşən ordunun qida və silahla təchizatının qarşısını almaq demək idi. Arxa cəbhədən gələn yardımın qarşısını ermənilər alırdı. Əgər tamamilə buna maneə ola bilsəydilər, ordu ruslara məğlub olacaqdı. Osmanlı dövləti 1915-ci ildə bunun gerçəkləşdiyini gördü və köçə qərar verdi. Çünki Osmanlı ordusunun komandirləri ermənilərin düşmən fəaliyyətlərini və ruslarla koordinə edilmiş addımlarını görürdülər. Rus ordusu içində erməni legionu vardı və bunun mövcud olduğu bir vaxtda daxildəki ermənilər üsyana qalxdı. Burda əlaqələr mövcud olmamış deyildi.
- Türkiyə hökumətinin hazırkı mövqeyini necə
qiymətləndirirsiniz?
- Türkiyə həqiqətin ortaya çıxması üçün ortaq araşdırmanı təklif edir. Prezident Rəcəb Tayyip Ərdoğan ortaq bir tarixi komissiyanın 1915-ci il olaylarını araşdırmasını təklif etdi. Yəni, Türkiyə hökuməti “ola bilməz” yox, “nə olduğunu tarixçilər araşdırsın” deyir. Fikrimcə, bu, yaxşı mövqedir.
- Sizcə, erməni iddialarının yayılmasına qarşı Türkiyə
dövlətinin diplomatik yanaşması necə olmalıdır?
- 1915-ci ildə Türkiyə Cümhuriyyəti yox idi. Səmimi olaraq deyə
bilərəm ki, ittihamlara qulaq asmamalıdır.
- Hər şey bu qədər bəsitdirsə, nə üçün qulaq asmadan keçib
getmir?
- Çünki bu, türk milli qüruruna toxunan bir məsələdir. Bugünkü
türklər atalarının bir “soyqırım” törədə biləcək insan
olmadıqlarını bilir və heç kimin bunu deməyə haqqının olmadığı
fikrini müdafiə edirlər. “Erməni soyqırımının” parlamentlər
tərəfindən tanınması da beynəlxalq məhkəmə qərarından çox
fərqlidir. Hüquq baxımından, Türkiyədən hər hansı təzminat tələb
etməyin mümkün olmadığını düşünürəm. Misal üçün, o vaxtkı Qərbi
Prussiyadakı evindən 1945-ci ildə sürgün olunan bir alman onu geri
ala bilirmi? Bugünkü Arizona əyalətində vaxtilə ailəsinə məxsus
torpaqların olduğunu bilən bir meksikalı bunu istəyə bilirmi?
Amerika hinduların 90 faizini qırdı, buna görə onlar təzminat
verirlərmi?
Yəni, bu tip məsələlər beynəlxalq məhkəmələrin uzaq durmağa
çalışdığı məsələlərdir.
- Bəs bu gün bir çox ölkənin parlamenti “erməni
soyqırımını” inkara qadağa qoyan qanunlar qəbul edir. Bunu necə
qarşılamaq olar?
- Parlamentlər tarix haqda qanun çıxara bilməz. Tutalım ki, bir
dövlətin parlamenti “erməni soyqırımını” tanıyan qanun çıxarır. Nə
baş verir ki? Türkiyə və türklər bunlara fikir verməməlidir.
- Amerikada “erməni soyqırımını” inkara görə cəzanın qəbul
olunması ehtimalı varmı?
- Konqres belə bir qanun çıxaracağı halda, Türkiyə İncirlik
bazasını bağlayar. Bunu yaxşı anlayan Konqres belə bir addımı heç
vaxt atmaz.
Asif Nərimanlı
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı